Uşaqlar niyə yalan danışır? – Psixoloqla müsahibə

  • 2019.02.20 16:48
  • 14180 Baxış
Uşaqlar niyə yalan danışır? –  Psixoloqla müsahibə

Övladınızın  yalan danışması sizi narahat edir? Onun ucuz –bucaqsız fantaziyaları tükənmək bilmir? Görəsən, bu hal qorxuludur, yoxsa böyüdükcə düzələk? 

Yəqin bu suallar çox valideynləri narahat edir. 


Medicina.az mövzunun aktuallığını nəzərə alaraq, mövzu ilə bağlı bağlı sualları  psixoloq Zeynəb Əyyubova ünvanlayıb: 


- Bəzi uşaqlar kiçik yaşlardan xırda yalanlar danışaraq, valideynlərini aldatmağa cəhd edirlər. Uşaqlarda bu halın yaranmasının səbəbləri nədir?  


- Uşağın yalan danışması ailədəki vəziyyətlə bağlıdır. Nənə-babanın, ata-ananın davranışından çox şey asılıdır. Bəzən valideynlər xırda yalan danışır. Məsələn: qonşu qapını döyür, ata ilə danışmaq istəyir, amma o anaya deyir ki, de ki, evdə yoxam. Uşaq bu yalana şahid olduqda onun dərəcəsini və səbəbini araşdırmır. Bu zaman uşağın şüuraltına yeriyir ki, mən yalan danışa bilərəm. Çünki mənim evdə valideynlərin də yalan danışır. 


Bundan əlavə uşaqlarda özünə güvən hissinin aşağı olması və ya sözünün söyləməyə qorxması da onun yalan danışmasın gətirib çıxarır. Uşaq öz sözünü deməyi bacarmır. Düşünür ki, ya atası üstünə qışqıracaq, ya təhdid olacaq, ya da problem yaranacaq. Uşağı düz söyləməsindən çəkindirən hər hansı bir səbəb var. Məsələn, uşaq məktəbdə 2 alanda  bunu valideynlərinə söyləməyə çəkinir. Çünki bilir ki, bu zaman valideynləri ona hirslənəcəklər. Amma ana uşağı başa salsa ki, əsas uşağın aldığı qiymət yox onun öyrəndiyidir o zaman bu hal yaşanmaz.

 

Ailədə, ailə fərdləri arasında yaşanan şiddət də uşağın  yalan danışmasına səbəb ola bilər.  Bu zaman uşaq düşünür ki, həqiqəti söyləsə, şiddətə məruz qalacaq. Məsələn, uşaq təsadüfən hansısa qabı sındırdıqda anası ona döyə-döyə üzr istədir. Ona görə də yenidən belə bir hadisə baş verdikdə danlanacağından və ya döyüləcəyindən qorxaraq həqiqəti gizlədə bilər. 


- Bəs uşaqlıq dövründə yaşananlar gələcəkdə uşağın şüuraltında qalaraq inkişaf edə bilər?


- Kiçik yaşda davamlı olaraq yalanla üzləşən uşaqlar böyüdükdən sonra da yalan danışmağa davam edirlər. Uşaq şüuraltı olaraq yalan danışmağın pis bir iş olmadığını düşünəcək. Vaxtı ilə böyüklərinin də yalan danışdığını görən uşaq yalan danışmağın normal olduğunu və ehtiyac olduqda yalan danışmağın mümkünlüyün düşünəcəklər.  O zaman uşaq üçün yalan adiləşəcək. Uşaqlar bizim dediklərimizi yox, bizim etdiklərimizi təkrarlayırlar. Yəni uşaqlar təqlidçi olurlar. Özü xoşbəxt olan valideyn xoşbəxt uşaq böyüdür, özü düz danışan valideyn düz danışan uşaq böyüdür. 


- Uşağın yalan danışmasının adət halını almaması üçün valideynlər neçə yaşa kimi tədbir görmələri tələb olunur? 


- Ümumiyyətlə, uşaq dünyaya gəldiyi gündən onunla məşğul olmaq lazımdır. Elm də sübut edib ki, uşaq ana bətnindən artıq hər şeyi hiss edir. Əgər hissiyyat ana bətnindən başlayırsa o zaman uşağı doğulduğu gündən düzgün zəmində böyütmək lazımdır. Çünki uşaq 1 yaşında da olsa, yalan danışa bilir. Məsələn, heç kimi onu vurmadığı halda kiminsə onu vurduğunu deyə bilər. Buna görə də çağalıq dövründən etribarən uşaqla dost olmaq lazımdır. Ən yaxşısı onunla danışmaq, ev şəraitində nağıl, hekayə və rəsm terapiyasını tətbiq etməkdir. 


- Bəzi uşaqların fantaziyaları çox güclü olur. Onlar hətta olmayan hadisəni olmuş kimi insana təqdim edirlər. Bu hal qorxulu hesab edilə bilərmi? 


- Bu cür uşaqları psixoloqlar diaqnostika etməlidirlər. Bu zaman uşağın bu cür fantaziya qurmasının səbəbləri daha dəqiq şəkildə üzə çıxır. Məsələn, ana və ata ayrı yaşayan zaman uşaq sevgi əksikliyi səbəbindən fantaziya qura bilər. Uşaq tək oyuncaqları ilə oynayarkən  özündən hekayələr uydurarsa o zaman bu problem hesab edilmir. Əgər uşaq şiddətlə bağlı olmayan şeyləri deyirsə o zaman uşaq psixoloqa müayinə etdirtilməlidir. 


Arzu

Medicina.az