BölmələrRU
Xidmətlər
 

Uşaqda skolioz olub-olmadığını necə yoxlamaq olar? - Fizioterapevt ƏTRAFLI İZAH EDİR

Skolioz xəstəliyi uşaq və yeniyetməlik dövrlərində inkişaf etməyə başlayır. Skoliozun erkən aşkar olunması onun müalicəsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Erkən mərhələlərdə aşkar olunmuş skolioz uşaqlarda olduqca uğurla müalicə olunur. Lakin erkən mərhələlərdə onurğa sütunun əyriliyi gözə çarpmaya bilər.

Medicina.az xəbər verir ki, fizioterapevt və reabilitoloq Rəhimə Atəş hər bir valideynin uşağında skoliozun olub-olmamasını asanlıqla təyin edə biləcəyini açıqlayıb. O, bu sahədə diqqət yetirilməli olan məqamları açıqlayıb:

- Uşaq qabağa əyilir və siz arxadan uşağın belinə diqqətlə baxırsınız.

- Skolioz zamanı uşağın belinin bir tərəfi (sağ və ya sol) digər tərəfi ilə müqayisədə daha yuxarıda olur.

Skolioz onurğa sütunun deformasiyası ilə müşahidə edilən xəstəlikdir. 

Skolioz bir tərəfdən estetik defekt yaradır - xəstənin çiyinləri müxtəlif səviyyədə olur, bel əyilir, skoliozun ağır formalarında hətta donqar əmələ gəlir.
Mütəxəssis, skoliozun insanın müxtəlif orqan və sistemlərində (ürək-damar, nəfəsalma sistemi, onurğa beyni və s.) ağır pozulmalara səbəb olduğunu vurğulayıb.

"Belə əyrilik hətta cüzi olduqda belə mütləq həkimə müraciət edin. Əks halda skolioz sürətlə inkişaf edər və 1 il ərzində övladınızda hətta donqar belə əmələ gələ bilər. Ağır formalarda skolioz yalnız cərrahiyyə üsulları ilə müalicə olunur”, - deyə fizioterapevt qeyd edib.