Uşaq mini batareya udarsa nə etməli – Xəstəxanaya çatdırana kimi bal verin

  • 2018.06.22 18:32
  • 25512 Baxış
Uşaq mini batareya udarsa nə etməli –  Xəstəxanaya çatdırana kimi bal verin
Əgər körpə uşaq oyuncaqlarda olan mini tablet batareyalarda udsa, dərhal ona bir iki qaşıq bal yedizdirmək lazımdır. Bunu son araşdırmanın nəticəsi olaraq məsləhət görürlər.


Medicina. az xəbər verir ki, Filadelfiya şəhər xəstəxanasının həkimi Yan Ceykobsun müəllifi olduğu elmi işdə dünyada geniş yayılmış bu hadisə ilə bağlı ilkin yardımın necə ola biləcəyi araşdırılıb.


Hər il ABŞ-da 2500-3000 uşaq mini batareya udur. Bu hadisə ilə bağlı ölüm faktlarının sayı da 12 dəfə artıb. 

Batareyaları udan uşaqda 2 saat sonra ciddi fəsadlar başlayır. Ona görə, batareyaların bu müddət ərzində çıxarılması vacibdir. 

Udulan tablet maqnit ağız və mədə şirəsi ilə reaksiyaya girərək, qida borusu, nəfəs borusu, iri qan damarlarını zədələyir. 


Araşdırma diri donuzlar üzərində aparılıb. Donuzlara batareya uddurulub və sonra müxtəlif məhlullar – bal, şirə, su, idman içkiləri içizdirilib ki, hansının batareya ilə toxuma arasında normal baryer yaratdığını təyin etsinlər.

Nəticədə məlum olub ki, belə bir baryeri ən yaxşı halda bal və sukralfat adlı dərman yaradır.


Elmi jurnalda bu araşdırmanın nəticələrini dərc edən müəlliflər valideyn və dayələrə uşaq maqnit batareya udduğu halda hər yarım saatdan bir bal verməyi məsləhət görür. Uşaq xəstəxanaya çatdırılana kimi bal verilməsi davam etdirilməlidir. Xəstəxanada isə həkimlər sukralfat preparatı verə bilər.


Mütəxəssislər bu metodun qanın toksiki zəhərlənməsi, qida borusunun yanması və allergiyası olan uşaqlara tətbiqini qadağan edir.

Batareya udan uşağa baı verilməsi heç bir tədbir görməməkdən daha yaxşıdır. 

 


Uşaq mini batareya udarsa nə etməli –  Xəstəxanaya çatdırana kimi bal verin