BölmələrRU
Xidmətlər
 

Uşağın yanını şapalaqlamaq olmaz- Sözə baxmayan uşaqlar üçün amerikalı pediatrlardan məsləhətlər

Uşaqların tərbiyəsində istifadə olunan ən zəif, zərərsiz metodların, valideynlərin cəzalandırma metodlarının uşaqların psixologiyası və gələcək taleyinə təsiri barədə elmi araşdırmaların sayı günbəgün artır. 

Amerika Pediatriya Akademiyasının yeni proqramında valideynlərə uşaqların tərbiyəsində və davranışına korrektədə verbal təzyiq və fiziki təsirdən uzaq daha effektiv və az travmalı metodlar təqdim olunur.

Medicina.az xəbər verir ki, 67.000 uşaq həkimini əhatə edən Pediatrics jurnalında Akademiya valideynlərə qəti olaraq uşaqların yanına, boynuna şapalaq vurmaq, itələmək, silkələmək, əllərinə vurmaq, təhqir etmək, hətta ailə ortamında utandırmaq qadağan olunur. 
Bu metodlar heç bir effekt vermir və uşaqların beynində xüsusi maddənin azalmasına səbəb olur ki, bu da narkotikaya, suisidə, içkiyə aludəçilik və depressiyanın əsasını qoyur. 

Bütün bunların əvəzinə pediatrlar daha az travmalı yayındırma metodları təklif edir. Məsələn, sözünə qulas asmayıb, əmrini yerinə yetirməyən uşağın əllərindən tutub, gözlərinə baxıb, tamam başqa mövzu, söz və hərəkətlə fikrini başqa yerə yönəltmək. 

3 yaşından məktəbyaşına qədər uşaqlara " Taymaut” metodu məsləhət görülür- uşağı iqnor edib, təkbaşına özünün sakit oturmasını təmin etmək. Uşaqlara valideyn diqqəti çox vacibdir və iqnor olunması onları yorur və bu diqqəti qazanmaq üçün onlar hər şey etməyə hazırdırlar. 
2 yaşlı uşaqlar üçün taymaut müddəti 2 – 3 dəqiqə çəkməlidir. Böyük yaşlı uşaqlar üçün daha uzun müddət ola bilər. 

Uşağın gələcək həyatı, taleyi, iş həyatı belə 1 aylıqdan 8 yaşa kimi valideynin ona münasibəti, davranışı, sevgisi ilə ölçülür. Onlara qorxu, təcavüz, təhqir elementlərini az aşılayın.