Uşağın sağlam dünyaya gəlməsi anadan çox atadan asılıdır - Alimlərdən yeni iddia

  • 2017.11.25 13:53
  • 47165 Baxış
Uşağın sağlam dünyaya gəlməsi anadan çox atadan asılıdır -  Alimlərdən yeni iddia
Uşağın sağlam dünyaya gəlməsi üçün ananın qidasına xüsusilə diqqət etməli olduğu söylənilir. Yeni araşdırma isə anadan çox atanın qidasına diqqət etməli olduğunu göstərib.


Medicina.az xəbər verir ki, Sinsinnati universitetinin araşdırmaçıları, protein az qəbul edib karbohidratı çox qəbul edənlərin uşaqlarının sağlam olmadığını təsbit edib. Onların sözlərinə görə, ata namizədləri balıq, ət, tərəvəz, meyvələrdən ibarət qidalanma rejimi seçməlidirlər.


Mütəxəssislər ağcaqanadlar üzərində aparılan araşdırmalardan sonra bu qənaətə gəliblər. Belə ki, dişi ağcaqanadların qidalanmasında dəyişiklik edilməyib. Erkək ağcaqanadlara isə maya və şəkərdən ibarət xüsusi qida verilib. Onlar bu şəkildə qidalandıqdan 17 gün sonra cütləşdirilib. Nəticədə erkəyin yüksək karbohidrat, aşağı dərəcəli protein qəbulunun bala həşəratın həyatda qalma ehtimalını azaltdığı məlum olub.


Mütəxəssislər ata olmaq istəyən kişilərə makaron, düyü, ağ çörəyi az yeməyini, balıq, ət, tərəvəz və meyvələrdən ibarət qidalanma rejimini seçmələrini tövsiyə edib. Bundan əlavə keks, şokolad, şirniyyatlardan da  yan qaçması məsləhət bilinib.