Uşağı ana bətnindən çıxarıb, yenidən geri qoydular - Onu ölümdən xilas ediblər

  • 2019.02.12 12:10
  • 10291 Baxış
Uşağı ana bətnindən çıxarıb, yenidən geri qoydular -  Onu ölümdən xilas ediblər

 

Böyük Britaniyada həkimlər körpəni ana bətnindən çıxararaq onu əməliyyat ediblər. Daha sonra isə körpə yenidən ananın qarnına yerləşdirilib.


Medicina.az xəbər verir ki, bu barədə The Mirror məlumat yayıb. Söhbət İngiltərənin Bernem şəhərindən olan Betan Simpsondan gedir. Hamilə qadın mütəmadi olaraq həkimə müayinə olunub, onun aprel ayında ana olacağı gözlənilir. Hamiləliyinin 5-ci ayında olan qadının USM müayinəsi zamanı məlum olub ki, körpənin biz sıra problemləri var. Qadını başqa bir xəstəxanaya göndərərək daha dəqiq müayinlər aparılıb. Müayinə nəticəsində körpənin onurğa sütununda qüsur olduğu məlum olub. 


Həkimlər körpənin və ananın orqanizmini analiz edərək onu ana bətnindən çıxararaq əməliyyat etməyə qərar veriblər. 


Əməliyyat uğurla nəticələnib. 


"Bu cür qüsurla doğulan uşaqlar təəssüflər olsun ki, yaşamırlar. Buna görə də biz  körpəni doğulmamışdan əməliyyat etməyə qərar verdik”, - deyə həkimlər bildiriblər.