Unla qızardılan balıq təhlükə saçır - Mütəxəssislər evdar xanımlara səsləndi

  • 2018.03.07 11:47
  • 30492 Baxış
Unla qızardılan balıq təhlükə saçır -  Mütəxəssislər evdar xanımlara səsləndi
Balıq sağlamlıq üçün kifayət qədər lazımlı məhsuldur.

 

Əksəriyyət balığı qızartma formada sevir. Yağda isə balıq qızartıqda un mütləq istifadə olunur.


Bəs balığı unla qızartmağın səhhətinizdə ciddi problem yarada biləcəyindən xəbərdarsınız?


Medicina.az xəbər verir ki, mütəxəssislər bu barədə şok açıqlamalar verib.


Məlumata görə, balıq unla qızardıldıqda, karbonhidrat və şəkərin yüksək istiliyə məruz qalması xərçəng tərkibli maddələri meydana çıxarır. 

Eyni zamanda xərçəng tipli hüceyrələr yağda qızardılan digər məhsullarda da özünü göstərir. 


Amerikalı mütəxəssislər, unla qızardılan məhsulların sağlamlıq üçün çox zərərli olduğunu açıblayıblar.


Bəs balıq necə bişirilməlidir?


Balığı buğlama olaraq bişirmək düzgün bişirmək üsulları arasında yer alır. Həmçinin balığı yüksək istilik yerinə aşağı dərəcədə sobada bişirə bilərsiniz.

 

Şəhanə Quliyeva