Ukraynada hər gün 400 nəfər qızılcaya yoluxur - Dəhşətli epidemiya

  • 2019.01.22 20:05
  • 19021 Baxış
Ukraynada hər gün 400 nəfər qızılcaya yoluxur -  Dəhşətli epidemiya
Ukraynada yanvar ayı ərzində 8500 nəfər qızılca xəstəliyinə tutulub ki, onlardan 4961-i uşaqdır.


Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.


Yanvar ayı ərzində qızılcadan 5 nəfər dünyasını dəyişib. Təkcə, son bir həftədə Ukraynada qızılcadan 3 nəfər ölüb. Artıq Ukraynanın bir neçə vilayətində orta məktəblərdə qızılca xəstəliyi ilə bağlı karantin elan edilib.


Qızılca xəstəliyinə qarşı peyvəndin edilməməsi, Ukraynada bu xəstəliyin yayılmasına səbəb olur.


Qeyd edək ki, 2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb.