- Hormonal pozuntulardan xilas edən MƏHSULLARTüklənmə, menstruasiya pozğunluğu...

  • 2018.06.27 15:15
  • 16892 Baxış
 - Hormonal pozuntulardan xilas edən MƏHSULLAR Tüklənmə, menstruasiya pozğunluğu...
Estrogenlərin səviyyəsinin müxtəlif səbəblərə görə normadan aşağı düşməsi qadın sağlamlığına və əhvalına çox böyük təsir edir.

 

Medicina.az xəbər verir ki, bədən çəkisinin artmasına, menstrual dövrünün pozulmasına, əhvalın tez-tez dəyişilməsinə, dərinin və saçların vəziyyətinin pisləşməsinə, tüklənməyə, libidonun azalmasına, sonsuzluğa və s. pozulmalara səbəb olur. Təbii ki, hormonal problemləri olan qadınlara ilk növbədə həkimin müayinəsindən keçmək və lazım olan müalicə almaq lazımdır. Lakin bəzi məhsullar da bu işdə kömək edə bilər. Bu məhsullar fitoestrogenlərlə zəngindir. Fitoestrogenlər qadın orqanizminə estrogenlərə bənzər təsir edir.

 


Bəs həmin məhsullar hansılardır?


Küncüt toxumları


Bu toxumlar antioksidant maddələri ilə zəngindir, qadınlarda hormonla fonu tənzimləyir, xərçəngin qarşısını alır.  Gün ərzində 1 x.q. yemək olar. 


Püstə


Fitoestrogenlərlə zəngin olan püstə həmçinin ürək-damar sisteminə və beyinin fəaliyyətinə də müsbət təsir edir. Gün ərzində 10-15 püstə yemək olar.


Qoz


Süd vəzi xəstəliklərinin inkişafının qarşısını alır, beyinin fəaliyyətini yaxşılaşdırır, streslərlə mübarizə etməyə kömək edir. Gün ərzində 5-6 qoz ləpəsini yemək olar.