Trans ilk dəfə uşaq əmizdirdi – Tibbdə ilk

  • 2018.02.19 20:21
  • 24066 Baxış
Trans ilk dəfə uşaq əmizdirdi –  Tibbdə ilk
Qadın trangender – bioloji kişi hormonal terapiyanın köməyilə yenidoğulmuş körpəni 6 həftə ərzində öz südü ilə əmizdirdi. 


Medicina.az xarici tibbi portala istinadən xəbər verir ki, 30 yaşlı qadın ABŞ Trangender cərrahiyyəsi mərkəzinə müraciət edərək bildirib ki, onun birlikdə yaşadığı partnyoru hamilədir, amma uşağı əmizdirmək istəmir. O, özü uşağa süd vermək istəyir. Həkimlər ona 3 ay ərzində domperidon, estradiol, progesteron hormonları müalicəsi təyin edir. Nəticədə günə 230 ml süd almaq mümkün oldu. Transgender 6 həftə ərzində öz südü ilə körpəni yedizdirdi.

 

Bu, tibbi ədəbiyyatda süni metodlarla qadın transgenderdə ilk laktasiya kimi yer aldı. Həmin pasiyent 2011-ci ildən kişi cinsi hormonlarını azaldan preparatlar qəbul edirdi.


"Biz xoşbəxtik ki, pasiyent belə bir seçim etdi və bu təcrübəni bizimlə bölüşdü. Onun timsalında bu düzgün addım idi. Biz də ona kömək edə bildiyimizə görə sevincliyik. Bundan sonra da digər transegnderlərin sağlam və xoşbəxt ailəsi olması üçün bu fakt böyük rol oynayacaq- deyə müalicə həkimi Tamar Raysman bildirib”.