Tibdə yeni doğum metodu - Qeysəriyyə artıq daha asan olacaq

  • 2017.10.21 10:56
  • 24647 Baxış
Tibdə yeni doğum metodu -  Qeysəriyyə artıq daha asan olacaq
Tibdə yeni doğum üsulundan istifadə ediləcək.

 

Medicina.az xəbər verir ki, üsul, anaların qorxduğu normal doğumun uzun çəkməsilə körpədə və anada yaranan stresin qarşısını almaq məqsədi daşıyır. 

Ən yeni qeysəriyyə üsulu vasitəsilə artıq ananın qarnını tez açaraq zədələmək və uşağı sürətli götürmək olmayacaq. Daha az sürətlə körpənin götürülməsi mümkün olacaq.


Bu proses necə aparılacaq?


Ananın qarnında kiçik bir hissə açan həkimlər, ilk olaraq uşağın başını çölə çıxaracaqlar.  Bundan sonra körpənin öz səyi nəticəsində doğmasını gözləyərək uşağın qollarını çölə çıxartdıqdan sonra doğumu sonlandıracaqlar.


Mütəxəssislər, qeysəriyyə ilə dünyaya gələn uşaqlarda yaranan tənəffüs problemlərini körpənin ana qarnından sürətli şəkildə çıxarılması ilə əlaqələndirirlər. 

 

Yeni üsul vasitəsilə anaların məruz qaldığı depressiya halları da sona çatacaq.