- Ürəyi dayandı, 18 saatdan sonra dirildiTibdə şok hadisə

  • 2018.04.09 10:13
  • 13042 Baxış
- Ürəyi dayandı, 18 saatdan sonra dirildi Tibdə şok hadisə
53 yaşlı kişi 18 saatlıq ürək dayanmasından sonra həyata qayıdıb.


Medicina.az xəbər verir ki, hadisə Fransanın cənubunda baş verib.


3 həftə öncə həmin adam qardaşını ziyarətə gedib, amma onun evinə çata bilməyib. Ailəsi itkin düşmüş şəxsin tapılması üçün axtarışa başlayıb və onu Orb çayının sahilində huşsuz vəziyyətdə tapıblar. Həmin vaxt kişinin ürəyi döyünməyib, bədəninin temperaturu isə 22 dərəcəyə qədər enib. Xəstəyə birbaşa ürək masajı edildikdən sonra o, Monpelye şəhərindəki bir xəstəxanaya yerləşdirilib. 53 yaşlı kişinin ürək  döyüntüsü 18 saatdan sonra bərpa edilib və o, həyata qayıdıb.

 

Həkimlər bu qeyri-adiliyi hipotermiya vəziyyəti ilə, yəni bədən istiliyinin maksimum azalması ilə izah edirlər.
- Ürəyi dayandı, 18 saatdan sonra dirildi Tibdə şok hadisə