1 yaşlı uşağın böyrəyindən daşlar çıxarıldı/FOTOTibdə nadir hadisə:

  • 2018.04.17 15:47
  • 20106 Baxış
 1 yaşlı uşağın böyrəyindən daşlar çıxarıldı/FOTO Tibdə nadir hadisə:
1 yaşlı uşağın hər iki böyrəyində xeyli sayda böyük daşlar aşkarlanıb. 


Medicina.az xəbər verir ki, bununla bağlı uroloq-cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, körpə xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır olub:

 

"1 gündür sidiyə çıxa bilmirdi, şiddətli ağrı, qusma mövcud idi. Şiddətli böyrək genişlənməsinin səbəbi isə hər iki böyrək ləyəninin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlar idi. Uşaq təcili əməliyyata alınaraq ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq”.

 

Cərrah uşağın orqanizminin daş əmələ gətirməyə meylli olduğunu bildirib:

 

"Uşağın maddələr mübadiləsində pozğunluq olduğu üçün orqanizmi daima daş əmələ gətirməyə meylli olacaq. Ona görə də daim uşaq nefroloqu və bizim təqibimizdə olmalıdır".

 

 1 yaşlı uşağın böyrəyindən daşlar çıxarıldı/FOTO Tibdə nadir hadisə: