Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbi spirt antiseptik effektivliyini itirir – Bakteriyalar spirtə qalib gəlir

  • 2018.08.03 16:44
  • 11095 Baxış
Tibbi spirt antiseptik effektivliyini itirir –  Bakteriyalar spirtə qalib gəlir
Avstraliyalı tibb işçiləri bir çox enterokokk ştamlarının spirt və bəzi antiseptiklərə qarşı dözümlülüyünü aşkarlayıblar.


Öz elmi işlərində 139 nümunədən istifadə ediblər. Məlum olub ki, 2010-cu ildən sonra meydana çıxan bakteriya oyadıcıları spirtə qarşı 10dəfə artıq dözümlüdür.


Həmçinin bir qəfəsə müxtəlif ştamlı bakteriyalar yayırlar. Daha sonra qəfəsi spirtlə dezinfeksiya edirlər. Siçanlar bu qəfəsdə 1 saat qalır. 1 həftə sonra siçanları müayinə edərkən onlarda bakteriyalar aşkarlanır.


Bu onu göstərdi ki, bakteriyaların standart dezinfeksiya proseduruna qarşı dözümlülüyü və yaşama şansı var. Ona görə də spirtlə müdafiə böyük sual altındadır.