BölmələrRU
Xidmətlər
 

Tibbdə şok: Laboratoriyada dəri toxuması yaradıldı - Uşağa köçürüldü

Almaniya genetikləri iqilabi yeniliyə imza ataraq, laboratoriyada insan dərisi yaradıblar. 

Medicina.az xəbər verir ki, dəri toxuması iki gen mutasiyasından əziyyət çəkən uşağa köçürülüb. Hazırda uşaq normal vəziyyətdədir. 

Həkimlərin sözlərinə görə, 7 yaşlı uşaq nadir dəri xəstəliyindən əziyyət çəkib. Xəstəlik səbəbindən onun dərisi qabarcıqlarla örtülüb. Bu günə kimi müalicələr tətbiq edilsə də, onun xilasına ümid olmayıb. Uşaq xarici aləmdən tamamilə təcrid olunmuş halda, daima dərman müalicəsi ilə yaşayıb. Lakin almaniyalı genetik Tobias Hirş kolleqaları ilə birgə epidermisin alt qatlarından götürülmüş hüceyrələrdən dəri yaradaraq, uşağın sağalmasına az da olsa ümid yaradıblar. 
 
Hazırda onun müalicəsi nəzarət altındadır.

MEDİCİNA.AZ