Tibbdə inqilabi kəşf - İlk dəfə yeni beyin hüceyrəsinin yaranmasını görə bildilər/VİDEO

  • 2018.02.09 09:51
  • 19621 Baxış
Tibbdə inqilabi kəşf - İlk dəfə yeni beyin hüceyrəsinin yaranmasını görə bildilər/ VİDEO
İsveçrə və Britaniya bioloqları siçanın beynindəki kök hüceyrələrini öyrənərkən ilk dəfə beyindaxili yeni hüceyrələrin formalaşmasını müşahidə ediblər.


Medicina.az xəbər verir ki, bu barədə "Science” jurnalında yayımlanan bir məqalədə deyilir.


"Ümid edirik ki, bu kök hüceyrələrindən gələcəkdə beyni, eləcə də Alzeymer, Parkinson, ağıl xəstəlikləri və depressiyanın ən ciddi formalarını müalicə edərkən istifadə etməyi öyrənəcəyik”, - deyə, Sürix Universitetindən Sebastian Cessberqer deyib.


Onun sözlərinə görə, heç kim indiyə qədər kök hüceyrələrinin tam neyronlara çevrilmə prosesini görməyib. Ona görə də bir çox alim bu hüceyrələrin sinir toxumasının yenilənməsində iştirak etməsinə şübhə edir.


Qeyd edək ki,1960-cı illərə qədər yetkin məməlilərdə yeni neyronların yaranmadığı və məhv olan sinir hüceyrələrinin funksiyalarının qalanları arasında bölündüyü zənn edilirdi. 


1998-ci ildə Peter Eriksson yetkin insanların beynində yeni hüceyrələrin meydana gəldiyini aşkar edib.