- Əvvəlcə sakitləşdirici verirmiş, sonra isə...Tibb işçisi 23 qadını zorladı

  • 2017.12.16 12:25
  • 2256 Baxış
- Əvvəlcə sakitləşdirici verirmiş, sonra isə... Tibb işçisi 23 qadını zorladı
Almaniyada tibb işçisi 7 il ərzində çalışdığı klinikada xəstələri zorlayıb.


Medicina.az Almaniya KİV-lərinə istinadən xəbər verir ki, 41 yaşlı Sven E. cinayətləri 2009-2016-cı illərdə törədib. 


Məlumata görə, o, xəstələri tədqiqat məqsədilə sakitləşdirici dərman atmalı olduqlarına inandırıb. Sakitləşdirici qəbul edən pasiyentlər isə cinsi istismara məruz qalıb.


Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra tibb işçisi həbs olunub. O, çıxarıldığı məhkəmədə cinayətlərini etiraf edib. Sven E. 10 il müddətinə azadlıqdan məhrum edilib.