Tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət etdi - Qanköçürmə şöbəsi tikiləcək

  • 2018.08.13 11:02
  • 8310 Baxış
Tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət etdi -  Qanköçürmə şöbəsi tikiləcək
İtaliyada Triyest şəhərində təqaüdçü Mariya Bolonya əvvəllər tibb bacısı işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib.


Medicina.az verir ki, Bolonya 2017-ci ildə 95 yaşında vəfat edib.

 

Ərinin və yeganə oğlunun ölümündən sonra yığılan pulları kiməsə verməyə qohumu da olmayıb.


Artıq planlaşdırılır ki, o pula tibb müəssisəsində müalicə üçün yoluxucu xəstəliklərin qanköçürmə şöbəsi və 450 nəfərlik yeni qarderob tikmək planlaşdırılır.

 

Xəstəxananın planlarına yeni yeməkxananın tikilərək istifadəyə verilməsi də daxildir.