Sarımsaq ölümdən başqa bütün dərdlərə dərmandır. Onu qəbul etməyin müxtəlif formaları var. Sarımsağı əzdikdə çıxan şirəsi müalicə üçün daha effektivdir. Amma birbaşa bu şirəni içmək mədə-bağırsaq üçün zərərlidir. Ona görə bu məqsədlə sarımsaq çayı hazırlanır.
Məşhur ulduz Ancelina Colinin də tez-tez məhz sarımsaq çayı içməsi barədə məlumatlar var.
Sarımsaq çayı zərərli toksin və mikorqanizmləri öldürür, immun sistemi möhkəmləndirir.
Bu çay qrip, zökəm, iltihabi xəstəliklərdə içilə bilər.
Çay ürək-qan damar sistemini möhkəmlədir, infeksiyalarla mübarizə aparır, qanda yaxşı xolesterini artırır, təzyiqi stabilləşdirir, orqan və toxumaları normal qan ilə təmin edir.
Mədə-bağırsağı detoks edir, qaraciyəri təmizləyir, qurdları, parazitləri tökür. Bədəndə olan qurğuşun və civəni çıxarır. Maya göbələklərini məhv edir.
Müntəzəm istifadə etdikdə insanı cavan saxlayır.
Hazırlamaq üçün 5 diş sarımsaq təmizlənib, pressdə əzilir, sıyıq kimi kütlə alınır. Bura 1 limonun suyu sıxılır. Bu qarışımın üzərinə 95dərəcə istilikdə su əlavə olunur.
Çay 4-5 hissəyə bölünüb, gün ərzində isti, ilıq halda içilir. Çayı termosda hazırlayıb, içə bilərsiz. Əgər dad vermək istəsəz, 1 çay qaşığı bal əlavə edə bilərsiz