Tərtər və Göyçay rayonlarında qanvermə aksiyası keçirilib - Talassemiya və hemofiliyalı xəstələr üçün

  • 2018.08.15 16:35
  • 7756 Baxış
Tərtər və Göyçay rayonlarında qanvermə aksiyası keçirilib -  Talassemiya və hemofiliyalı xəstələr üçün
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.


 Medicina.az xəbər verir ki, Tərtər və Göyçayda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilib.

 

Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

 

Ümumilikdə aksiyalarda 750-dən çox könüllü donor iştirak edib.


 Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

 

 


 
Tərtər və Göyçay rayonlarında qanvermə aksiyası keçirilib -  Talassemiya və hemofiliyalı xəstələr üçün