BölmələrRU
Xidmətlər
 

Tənbəllik yüksək şüurun əlaməti imiş - Yeni araşdırma

Florida Universitetindən olan amerikalı alimlər sübut ediblər ki, yüksək intellektə sahib insanlar aktiv həyat tərzini sevmirlər.
 
Tədqiqatçılar 60 nəfərdən ibarət qrupu müşahidə ediblər.

Onlar sınaqdan keçirdikləri insanların asudə vaxtlarında nə ilə məşğul olduqlarını aşkar ediblər. Bundan başqa, alimlər intellektin səviyyəsini müəyyən etmək üçün standart testlər keçiriblər.

Tədqiqatlar nəticəsində məlum olub ki, yüksək səviyyəli fiziki aktiv olan şəxslər yüksək intellektləri ilə nadir hallarda fərqlənirlər.

Tənbəllik intellektin əlaməti ola bilər: alimlər şərh edirlər ki, divanda əyləşən insanlar sadəcə düşünməyi xoşlayırlar.

Hər şey ona görədir ki, koqnitiv funksiya və fiziki aktivlik arasında geriyə əlaqə var. Bu kifayət qədər kiçik yaşda başlayır və insanın bütün həyatı boyu davam edir.

Fəal insanlar yükə yönəlirlər, çünki "öz şüurları ilə nə edəcəklərini bilmirlər”. İntellektuallar isə az hərəkətli həyat tərzinə üstünlük verirlər, çünki bu onlara öz düşüncələrinə qapılmağa və daha çox fikirləşməyə imkan verir.(oxu.az)