BölmələrRU
Xidmətlər
 

Xalq təbabəti

  • Zökəm
    Baqulnik (yarpaqlar) – 1 xörək qaşığı, zеytun (yaxud günəbaxan) yağı – 100 q. Yağı baqulnikin xırdalanmış yarpaqları ilə qarışdıraraq 21 gün qaranlıq yеrdə dəmə qoymaq hər gün onu çalxalamaq süzmək və sıxmaq lazımdır. Hər bir burun dəliyinə 2-3 damcı damızdırırlar.
  • Ziyil və xilas olmaq üçün 5 effektiv təbii müalicə
    Medicina.az ziyillərdən xilas olmaq üçün 5 effektiv təbii müalicə üsulunu təqdim edir.
    Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür.
    1.
    Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.
    2.
    10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.
    3.
    Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.
    4.
    Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.
    5.
    Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür
  • Zob
    Qalxanabənzər vəzin düyünü, xüsusən toksiki, zəhərli düyünündə xalq təbabətində qədim bir üsulu indi də bəzi türkəçarə ilə müalicə edən insanlar tətbiq edir. Qurbağa ilə düyünlü zobu müalicə etməyin 2 üsulu var: qurbağanı boğaza qoymaq, qurbağa ilə inqalyasiya etmək.
    Diri qurbağanı ələ götürmək, boğaza qoymaq adama ürpəndirici və iyrənc gəlir. Amma zəhərli zobu olanlar hər şeyi gözə alır.
    Diri qurbağanı düyünün üzərinə müəyyən müddətə qoyub, sonra götürürlər.

    İkinci metodda qurbağanın kürəyini ağız-buruna yaxınlaşdırıb, nəfəs almaq, - sanki inhalyasiya edirmiş kimi, - sonra qurbağanın qarnını dodaqlara yaxınlaşdırıb, nəfəs alıb-vermək. Adətən belə müalicələr kursla davam edir. Özbaşına qurbağa terapiyasını etmək məsləhət deyil, bu işi təcrübəsi olan loğman etməlidir.

    Təbii ki, tibbdə qalxanvari vəzin problemləri ilə məşğul olan həkim endorkrinoloqlar qurbağa ilə müalicəni qəbul etmir, əsassız hesab edirlər. Həkim endrokrinoloq Fərhad Burzu qətiyyən bu metodu müalicəvi hesab etmir.

    “Qalxanvari vəz problemi hormonal pozğunluqdur. Qurbağa bu xəstəliyə heç bir müsbət təsir edə bilməz. Bəzən olur ki, xəstənin boğulmaları nevroloji olur, qurbağanı qoyduqda onun hərəkəti həmin adamı sakitləşdirir, bir müddət boğulması olmur. Ola bilər sinir mənşəli boğulmalarda təsir olur. Bir növ çıldaq effekti verir. Amma zobun özünə heç bir faydası yoxdur. İstənilən növ düyünü olan pasiyentlər alternativ tibbi metodlara vaxt sərf etməkdənsə, keyfiyyətli tibbi müalicə almağa tələssinlər”.