Tatuajlı bədəndə daha çox iltihab yaranır - Alimlərdən XƏBƏRDARLIQ

  • 2018.06.20 12:14
  • 10169 Baxış
Tatuajlı bədəndə daha çox iltihab yaranır - Alimlərdən  XƏBƏRDARLIQ
Tatuajlı bədəndə daha çox iltihab yaranır.

 

Medicina.az xəbər verir ki, Britaniyanın Qlazqodakı milli səhiyyə xidmətinin mütəxəssisləri tatuirovka ilə immuniteti zəif olan insanların əzələ iltihabı arasında əlaqə tapıblar. Belə ki, döymə etdirən qadının bir həftədən sonra qız çanağında və dizlərində  güclü ağrıların olduğu barədə həkimə müraciət edib. Döyməyə qədər qız ağ ciyər köçürülməsi üzrə cərrahiyə əməliyyatı keçirib və həmişə immuniteti zəiflədən həblər qəbul edib. Buna görə boya hissəcikləri  dərisində möhkəmlənmədiyindən, əzələlərə üzrə yayılmağa başlayıb və dözülməz ağrılara səbəb olan xroniki iltihab yaradıb.

 

Qeyd edək ki, alimlər, döymə üçün istifadə edilən mürəkkəblərin xərçəng yaratdığını qeyd ediblər. Çindən gətirilən qırmızı rəngli mürəkkəb ən təhlükəlisi hesab olunur.