BölmələrRU
Xidmətlər
 

Tarixdə ilk - Cütlük öldükdən sonra övladları dünyaya gəlib

2013-cü ölən bir cütlük vəfatlarından əvvəl dondurduqları embriondan övlad sahibi olublar.

Medicina.az xəbər verir ki, hadisə Çində baş verib. Körpə ana-atasının ölümündən dörd il sonra, ötən ilin dekabr ayında dünyaya gəlib.

Ölən cütlüyün ailələri dondurulmuş embriondan nəvələrinin dünyaya gəlməsi üçün bir müddətdir qanuni yollara baş vurublar. Qəzadan indiyədək Çindəki Nanjing xəstəxanasında mühafizə edilən embrionlar bir daşıyıcı anaya köçürülüb və sağlam uşaq dünyaya gəlib.

Mütəxəssislər bu hadisənin tarixdəki ilk nümunə olduğunu bildiriblər.