Tanınmış musiqiçi 30 il özünə ilan zəhəri vurub - XƏSTƏLİYİ SAĞALIB

  • 2017.11.13 12:23
  • 14695 Baxış
Tanınmış musiqiçi 30 il özünə ilan zəhəri vurub -  XƏSTƏLİYİ SAĞALIB
İngiltərəli musiqiçi Stiv Lyudvin 30 il ərzində özünə ilan zəhərindən inyeksiyalar edib. Bunun nəticəsində onun səhhəti qaydaya düşüb, çox xəstəlikləri sağalıb. 

Medicina.az xəbər verir ki, alimlər onun qanının antitelindən ilk donor antiteli yaratmaq qərarına gəliblər. Bu antitel minlərlə insanı ilan zəhərindən qoruya bilər.

"Mənim etdiyim ağılsızlıqdır. Amma 20 ildir ki, mən qrip və digər virusun nə olduğunu bilmirəm. Bu prosedur ağrılı və təhlükəlidir. Bir dəfə doza yüksək olduğundan reanimasiyaya düşdüm”.

51 yaşlı Lyudvin ən təhlükəli ilanların, kobra və qara mambanın zəhərindən inyeksiyalar edib. Hazırda onun qanı ilan zəhərinə qarşı ən yaxşı antiteli daşıyır. Əgər mütəxəssislər bu antitelin surətini çıxara bilsələr, tibdə ilk dəfə olaraq, insan donorundan vaksin hazırlanacaq və ilan sancan insanlar bu vaksinlə xilas olunacaq.