Tanınmış həkim vəfat etdi - Ürək çatışmazlığından

  • 2018.02.13 18:19
  • 22830 Baxış
Tanınmış həkim vəfat etdi -  Ürək çatışmazlığından
Fevralın 13-də tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Sabir Mirzəyev 53 yaşında dünyasını dəyişib.


Medicina.az-ın Musavat.com-a istinadən məlumatına görə, Sabir Mirzəyevin vəfat etməsinə qəfil ürək çatışmazlığı səbəb olub. Səhər saatlarında ürəyində kəskin ağrılar yaranıb, təcilli tibbi yardım çağırılsa da onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.


Sabir Mirzəyev 1 saylı Şəhər Klinik Xəstəxanasında travmatoloq-cərrah, eyni zamanda Azərbaycan Tibb Universitetində dossent olaraq işləyirdi. Azərbaycanda tanınmış və təcrübəli travmatoloq-cərrahlardan biri idi.


Dünyanın çoxlu sayda ölkələrində elmi konfranslarda və qurultaylarda iştirak edib. Onun ölümü işlədiyi kollektivlərlə yanaşı, Azərbaycan səhiyyəsinə itki sayılır. Allah rəhmət eləsin.