BölmələrRU
Xidmətlər
 

Tanınmış aparıcını 70 kq arıqladan pəhriz - Sirləri açdı

Məşhur rusiyalı teleaparıcı Vladimir Solovyev 150 kq çəkidən 80 kq-a düşməsi ilə gündəmdədir. Maraqlısı odur ki, o bu effekti özünün hazırladığı şəxsi pəhrizi ilə əldə edib. Aparıcı özü etiraf edib ki, pəhrizi idmanla birləşdirib. Çünki ayrılıqda idmanla arıqlaya bilmirdi. Çoxsaylı pəhrizləri incələyərək özü üçün xüsusi dieta hazırlayıb.

Medicina.az Vladimir Solovyovu 70 kq arıqladan qida rasionunu təqdim edir.

I gün:

Səhər – 300 qr quru meyvələrlə düyü sıyığı
Günaşırı: bir ovuc qoz
Günorta: suda bişmiş 100 qr mal əti, tərəvəzlərlə
Axşam: alma və kefir

II gün:

Səhər: göyərti küküsü, yaşıl çay
Günaşırı: təbii yoqurt
Günorta: qrildə bişmiş balıq
Axşam: buxarda bişmiş tərəvəz: brokkoli, lobya, badımcan və s.   Portağal, armud

III gün: 

Səhər: qarabaşaq sıyığı qara gavalı ilə
Günaşırı: kök şirəsi
Günorta: bişmiş file tərəvəzlərlə
Axşam: suda bişmiş 2 yumurta Çay

IV gün:

Səhər: yağsız  kəsmik qozla
Günaşırı: yaşıl çay
Günorta: buxarda balıq
Axşam: sobada bişmiş kartof, kefir

V gün:

Səhər:  düyü sıyığı kərə yağı ilə
Günaşırı: təzə meyvələr
Günorta: yağsız kəsmik, yaşıl çay
Axşam: buxarda tərəvəz bişmişi

VI gün:

Səhər: kök və soğanla qarabaşaq
Günaşırı: nar şirəsi
Günorta: tərəvəz salatı, mal dili
Axşam: yağsız kəsmik kişmişlə

Bazar: 

Səhər: Omlet
Günaşırı: meyvə
Günorta: Tərəvəz şorbası
Axşam: tərəvəz buxarda, yaşıl çay

Qeyd: Aktyor səhər acqarına bir stəkan su ilə başlayır. 
Qidalanmada: çörək, qızarmış, mayonez, qazlı içki, hisə verilmiş qidalar qəti olmaz. 
Bu pəhriz idmanla bərabər olmalıdır.