Tanınmaz hala düşən müğənnidən BOTOKS AÇIQLAMASI

  • 2018.01.10 14:08
  • 13026 Baxış
Tanınmaz hala düşən müğənnidən  BOTOKS AÇIQLAMASI
Türkiyənin məşhur pop ulduzu Hakan Peker instaqramda müzakirələrə səbəb olan foto yayımlayıb.

 

Medicina.az qafqazinfo-a istinadən xəbər verir ki, 56 yaşlı müğənninin xarici görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb. 


İddia olunub ki, H. Peker estetik müdaxilə edərək üzünə botoks vurdurub. Sənətçi  müzakirələrin qarşısını almaq üçün mətbuata açıqlama yayıb:


"Hava soyuqdur. Narahat olmuşam, daha sonra idman etmişəm və üzüm şişib. Guya estetik etmişəm. Hamınız həkim olmusuz. Hələ ehtiyacım yoxdur. Amma lazım olarsa, sinəmi qabağa verib etdirdiyimi deyəcəm, rahat olun”. 

 

Tanınmaz hala düşən müğənnidən  BOTOKS AÇIQLAMASI