Üşüyürsünüzsə, “soyuqdandır” deyib keçməyin - Xəstəliklərin xəbərçisi ola bilər

  • 2017.12.16 13:39
  • 19556 Baxış
Üşüyürsünüzsə, “soyuqdandır” deyib keçməyin -  Xəstəliklərin xəbərçisi ola bilər
Adətən üşüyən kimi ağlımıza gələn ilk şey havanın temperaturunun aşağı olması olur. Lakin türkiyəli terapevt Kərim Çıkım "üşüməyürəmsə, soyuqdandır” fikirlərini alt-üst edən açıqlamalar verib.

 

Medicina.az-ın məlumatına görə, o bildirib ki, orqanizmin xəbər mexanizmlərindən olan üşümık hissi vacib xəstəliklərin xəbərçisi ola bilər. O, üşüməyin hansı xəstəliklərdən xəbər verə biləcəyini açıqlayıb:


"İnfeksiya xəstəlikləri – xüsusilə qış aylarında soyuqdəymə, qrip, bronxit, sətəlcəm kimi xəstəliklərin ilk əlaməti üşümə, titrəmə və qızdırma ola bilər. Uyğun müalicə olmadıqca üşümək titrəmə, qızdırma, vücud ağrıları kimi problemlərlə əvəzlənə bilər. Uyğun müalicədən sonra isə yersiz üşümək və digər əlamətlərdən xilas ola bilərsiniz.


Anemiya – üşüməyin altında yatan bir başqa vacib səbəb isə qansızlıqdır. Əksər adamda müşahidə edilən bu xəstəlik daha çox qadınlarda rast gəlinir. Bunun səbəbi düzgün qidalanmamaq, pəhriz, qan itirmə, həzm sistemində emilik əksikliyi ola bilər. Müalicə olmadıqca üşümə ilə başlayan halsızlıq, tez yorulma, döyüntü kimi göstəricilər artaraq orqanizmə mənfi təsir göstərir.


Qan şəkərinin 50 mg.dl və ya aşağı olması "Hipoqlikemiya” adlandırılır. 10 nəfərdən birində rastlanan xəstəlik müalicə olunmazsa, ürəkgetmə, qalıcı və ya keçici diabetin yaranma riskini yüksəldir. Qarşısı alınmasa xəstələrin üçdə birində 10-15 il sonra şəkərli diabet yarana bilər.


Tiroid vəzinin normal çalışması bədəndə bütün sistemlərin yolunda getməsi deməkdir. Çox və ya az çalışması üşüməklə yanaşı, yorğunluq, saç tökülməsi, qəbizlik, kökəlmə də yarada bilər.


Əsəb sistemində yaranan problemlər səbəbi ilə onurğa, skleroz kimi xəstəlikləri yarada bilər. 


Dəri xəstəliklərinin də ilkin göstəricisi üşümək ola bilər. Bunlara qızarıqlıq, qabıq soyulma və s. aid edilə bilər. Müalicə olunmadığı təqdirdə xəstəlik artaraq daha pis nəticələr doğura bilər”.


Quliyeva Şəhanə