BölmələrRU
Xidmətlər
 

Süni mayalanma necə aparılır – Uğurlu süni mayalanmasının sirləri barədə türkiyəli uzman

LİV Hospital Süni mayalanma üzrə uzman Dəniz Gökalp illərlə övladı olmayan və süni mayalanma belə nəticə verməyən pasiyentlərdə uğurlu nəticə əldə edən ginekoloqdur.  

"Hər şeydən əvvəl, bizim çox mükəmməl, müasir süni mayalanma laboratoriyamız var. Necə ki, bir restoran üçün onun mətbəxi, aşpazı vacibdir, bizim işimizin də 50%-i laboratoriya və orda çalışan embrioloqdan asılıdır. Laboratoriyada çalışan bioloji savadı olan mütəxəssis qadın yumurtası ilə kişi spermasını birləşdirib, embrion yaradır. Embrion yaratmaq, dondurmaq, onu genetik analizdən keçirmək, təkrar dondurmaq çox ciddi məsələdir.
 
Digər laboratoriyalarda çox hallarda bu proseslər zamanı embriona zərər vururlar. Bu barədə pasiyentə məlumat verilmir. Sonra o embrion uşaqlıqda inkişaf etmir, nəticə alınmır. Bizim klinikada embrionlar ən yüksək dəqiqliklə qorunur. LİV hospitala ölkə xaricindən – Özbəkistandan, Türkmənistandan, Gürcüstandan, Azərbaycandan, ərəb ölkələrindən çox xəstə gəlir. Bizdə xəstə ilə ilk müayinədən tutmuş embrionu yerləşdirənə kimi eyni həkim çalışır. Bu da LİV Hospitalın fərqidir. Çünki düşünürəm ki, xəstə fərqli həkimlərin əlindən keçdikcə nəticənin uğuru azalır”.

Türkiyədə süni mayalanma üzrə ən son yenilikləri və metodlar barədə Dəniz Gökalpın video müsahibəsini təqdim edirik.