Südü marketdən alaq yoxsa kənddən? - Seçim

  • 2018.04.05 18:20
  • 21409 Baxış
Südü marketdən alaq yoxsa kənddən? -  Seçim
Bu gün sənayeləşmə o qədər həyatımıza daxil olmuşdur ki, istəməsək də özümüzdən uzaqlaşdıra bilmirik. Deməli, televiziyalarda, sosial şəbəkələrdə və başqa informasiya yayım yerlərində böyük firmaların nümayəndələri südün marketlərdən alınmasını təbliğ etməkdədir, guya marketdə satılan südlərdən başqa südlər xəstəlik mənbəələridir faydasızdır və s. Yazdığım bu məqaləni diqqətlə oxuyun burada yazdığım araşdırmalar dünyanın qəbul etdiyi elm insanlarının araşdırmalarıdır sonda özünüz nəticə çıxaracaqsınız ki, hansı südü istifadə etməliyik.

 

Əvvəla onu deyim ki, bir çox elm adamları insanın ana südündən başqa südlə qidalanmasının əleyhinədirlər, guya süd çətin həzm olunur, köp və həzmsizlik verir, anemiyaya (qan azlığı) səbəb olur və s. Xatırladım ki, bunlar hamısı boş söz yığınıdır, süd Allahın nemətlərindən biridir hətta Peyqəmbərimiz (Səlləlləhu Aleyhi və Səlləm) süd haqqında demişdir ki, birisi sənə süd verdikdə al iç və belə de: "Allahım bu nemətin bərəkətini artır”, və ya müqəddəs kitabımız Qurani Kərimdə süd haqqında ayələrə rast gəlməkdəyik. Süd olduqca faydalı bir içkidir, süd insana bir rahatlıq verir, sümük sisteminin formalaşmasında əvəzolunmazdır, osteoporoz adlanan (sümük əriməsi) xəstəliyində olduqca faydalıdır və s. Amma bütün bunlar təbii südə aiddir belə ki, elm adamları 900 pişik üzərində təcrübə aparmışlar, bunların yarısına market südü, yarısına isə təbii süd vermişdilər, nəticələr belə olmuşdur ki, market südü ilə bəslənən pişiklərdə sümük əriməsi (osteoporoz) xəstəliyi əmələ gəlmiş və bu pişiklər olduqca zəif immun sisteminə malik olmuşdular, təbii süd içən pişiklər isə çox sağlam olmuşdular. Məlum olmuşdur ki market südlərinin tərkibindəki kalsium bədənimiz tərəfindən olduqca pis sorulur və ya heç sorulmur bununda səbəbi kalsiumun sorulması üçün südün təkibindəki başqa mineralların olmaması ilə əlaqədardır.

 

 

Məsələn, kalsiumun svorulması üçün ən azından kalsiumun üçdə biri qədər fosfor olmalıdır bütün bunların formulası təbii süddə pozulmur və bədənimiz tərəfindən rahatca sorulur. Marketdəki südlər isə əvvəlcə pasterizasiya olunur, sonra homogenizə olunur, bu nə deməkdir pasterizasiya qaynatmadan südün bir neçə saat isti temperaturda saxlanılmasıdır burda elə bir problem yoxdur sonra isə süd yüksək təzyiq altında sıxılır burda məqsəd yağ molekullarının sudan ayrılmaması üçündür bu zaman yağ molekulası parçalanır və su ilə qarışır. bax əsl problem bundan sonra əmələ gəlir, yəni insan oğlu təbii dəngəni pozur. Sonra nəzərə alsaq ki, market südünü uzun zaman saxlasaq da xarab olmur, çünki tərkibinə kimyəvi qoruyucular qatılır bunlar da insan üçün zərərvericidir. Bu saydığım ziyanlar nəinki tək süddə, həm də market südündən hazırlanılmış hər şeyə aiddir: məsələn, həmin süddən hazırlanmış qatıq dovğa kəsmik və s. Unutmayın uşaqlarınıza təbii kənd südü verin təbii kənd südündən hazırlanmış qatıqdan, kəsmikdən, kefirdən, dovğadan istifadə edin, onda əsl kalsiumu bədən mənimsəyəcək, klimaks keçirən xanımlar həmin dövrlərdə çox kalsium itirirlər, güclü tərləmələri olur onda ən faydalı qida təbii süd məhsullarıdır.

 

Dünyada südün ən çox istifadə edildiyi ölkə Amerika olsa da ən çox sümük boşluğu xəstəlikləri də ordadır,artıq onlar sənayeləşmiş süddən yox, təbii süddən istifadə etməyə başlamışlar və bunun üçün təbii süd istehsal edən fermalar yaratmışlar. Sonda hər bir süd istehsal edən müəssisənin özünün fermaları olur, fermada inəklər qapalı şəraitdə saxlanılır, bu inəklər əsasən geni dəyişilmiş qidalarla qidalanırlar, bütün bunlar südün keyfiyyətinə də təsir edirlər. Amma təbii kənd inəkləri təbiətdə 1001 otlardan yeyilmiş və sonda da  sağlıqlı süd ərsəyə gəlmişdir, necə deyərlər, həm faydalı, həm də sağlıqlı.

 

Fizuli Hüseynov