BölmələrRU
Xidmətlər
 

Suda, dənizdə boğulana ilk yardım – Elə suyun içində süni tənəffüsə başlanılmalıdır

Dənizdə, suda boğulanı suyun içində tapıb çıxarmaq uğurun yarısıdırsa, ona düzgün və tez yardım göstərmək sağ qalmaq şansının 90%-idir. Çox zaman xilasedicilər və ya kənar insanlar boğulanı tapıb xeyli vaxt içərisində suyun içi ilə üzüb sahilə çıxarırlar. Yalnız bundan sonra ona yardım barədə düşünülür.

İlk səhv də elə burdan başlayır. Çünki artıq boğulmaqda olan insanı sudan çıxarana kimi qiymətli vaxt itirilir.

Medicina.az dənizdə boğulana düzgün ilkin yardımı təqdim edir.
 

-Batma haqqında xəbər alan kimi təcili yardım çağırılır
-Sahilə çıxarılanda xəstəyə yardım edəcək 2 nəfər onu yoxlayır. Əgər nəbz varsa, amma tənəffüs yoxdursa, o zaman ağız boşluğu təmizlənir. Bəzi hallarda xəstənin ağzını əzələlərin spazmına görə açmaq olmur. Bu zaman hər hansı metal predmetə ağız aralanır. O vaxta qədər burundan süni nəfəs verilir. 

-Tənəffüs yolları köpük və sudan xüsusi sovurucu ilə təmizlənir. Əgər o yoxdursa, xəstəni yardım edənin dizi üzərindən qarnı üstə, başı aşağı uzadırlar. 
-Kəskin və energetik hərəkətlərlə onun döş qəfəsi sıxılır. Bu hərəkət çox sürətlə olunmalıdır. Əgər 20 saniyə ərzində effekt olmasa, o zaman ağciyərlərin süni ventilyasiyasına keçin. 
 
 

-Xəstəni arxası üstə uzadıb, sıxıcı geyimdən azad edir. Başını arxaya əyib, bir qolu boynun arxaısna qoyaraq, digər əllə alından tutub, dərindən nəfəs alıb saxlayıb, nəfəsi xəstənin burun və ya ağzına kip tutmaqla verilir. Nəfəs aramla verilməlidir. Ağıza nəfəs verdikdə burun tutulur, buruna verdikdə ağız. 
-Süni tənəffüs xəstə özü nəfəs almağa başlasa da dayandırılmamalıdır. Huşu özünə gələnə kimi davam etdirilməlidir. 

-Əgər xəstədə həm tənəffüs, həm ürək nəbz vurğusu yoxdursa, o zaman süni tənəffüslə eyni yanaşı ürəyin masajı da olunur. Yardım edənin hərəkətləri cəld olmalıdır. Ürəyə ritmik hərəkətlərin sayı dəqiqədə 80-100 dəfə olmalıdır.

-Masajın effekti xəstənin nəbzi vurmaqla, göz bəbəkləri yığılmaqla və bədənin göyümtül rəngi azalmaqla bilinir. Ürəyin masajı ürək özü işə düşənə kimi aparılmalıdır.
-Yaxşı olar ki, 2 nəfər yardım etsin. Bir dəfə nəfəs veriləndə, 5 ürək masajı olunmalıdır.

-Nəzərə almaq lazımdır ki, batan insanın mədəsi də su ilə dolmuş olur və nəfəs verdikdə o qaytara bilər. 
-Xəstəni kliniki vəziyyətdən az da olsa çıxardıqda, onu odeyala büküb, isti ilə təmin edirsiz. Bu zaman qol, əl və ayaqlar masaj olunur. Xəstənin ayaqlarına isti su ilə doldurulmuş butul qoyula bilər.

-İlkin yardım effekt verdikdə zərərçəkənin özünə gəlməsi 5-6 dəqiqə çəkir. 
-Özünə gələn kimi onu böyrü, yanı üstə uzadıb, qolunu başının altına qoyursuz. 

-Təcili yardım gəldikdə isə xəstəyə yardım göstərənlər əvvəlki vəziyyət barədə məlumat verməlidir.