Süd vəzi xərçənginin müalicəsində yeni üsul - Akupunktura

  • 2019.01.18 10:26
  • 8614 Baxış
Süd vəzi xərçənginin müalicəsində yeni üsul -  Akupunktura

Süd vəzi şişinin kənarlaşdırılması əməliyyatından sonra qadınların sağlamlıq problemləri heç də bitmir. Terapiyadan sonra demək olar ki, bütün qadınlar yorğunluq, əzginlik, xroniki ağrı, yuxusuzluq və depressiya kimi problemlərlə üzləşirlər. 


Medicina.az xəbər verir ki, Miçiqanda yerləşən onkologiya mərkəzinin araşdırmaçıları süd vəzi xərçəngindən əməliyyat olunmuş qadınların vəziyyətlərinin yüngüllüşdirilməsi üçün yeni metod təklif ediblər. Belə ki, onlar onkoterapiyanın neqativ təsirlərini qədim Çin metodu olan akupunktura – nöqtəli masajla aradan qadırmaq fikrini irəli sürüblər. 


Akupunktura orqanizmin müəyyən nöqtələrinə tətəbiq edilən sıxılma və iynələr vasitəsilə həyata keçirilən masaj növüdür. Əsasən baş və şəhadət barmağa tətbiq edilir.

 

İlk növbədə alimlər xəstə qadınlara rahatlandırıcı nöqtəli masaj, sonra orqanzimin enerjisini artırmaq üçün stimullaşdırıcı masaj, daha sonra isə yuxusuzluğu aradan qaldırmaq üçün nöqtəli masaj tətbiq ediblər. 


Tədqiqatda iştirak edən 424 qadının çoxu yuxularının nizama düşdüyünü, həyat enerjilərinin artdığını və daha gümrah olduqlarını bildiriblər. 


Arzu 

Medicina.az