Süd vəzi xərçənginə tutulan gənc qadının yaşam mübarizəsi – Xərçəng olduğunu uşaq əmizdirərkən bildi

  • 2018.05.09 15:09
  • 22086 Baxış
Süd vəzi xərçənginə tutulan gənc qadının yaşam mübarizəsi –  Xərçəng olduğunu uşaq əmizdirərkən bildi
31 yaşlı gənc müəllimə Eda Kundakçı  ana olub, uşağını əmizdirərkən ağlına belə gəlməzdi ki, süd vəzi xərçənginə yoluxub. Elə əmizdirmə zamanı süd vəzisində əllə hiss olunan anormal bir kütlə hiss etdi.  Sağa –sola hərəkət edən kütlənin qorxulu olmadığını düşünür. 2 ayın içində kütlə sürətlə böyüdü. Hər iki xalası süd vəzi xərçəngi olan qadın qorxmağa başlayır və həkimə gedir.  


Medicina. az süd vəzi xərçəngi ilə mübarizə aparan qadının pasiyent hekayəsini təqdim edir.

Türkiyədə ən yaxşı həkimləri araşdırdıqdan sonra ailə LİV Hospitalın onkoloq cərrahı Levhi Akına üz tuturlar.


Müayinə zamanı sağ döşdə narıngi və qoz böyüklüyündə kütlələr aşkarlandı. Əmizdirmə zamanı baş verən hormonal dəyişikliklər kütlələri sürətləndirmişdi.  Həkim qalın iynə biopsiyası təyin edir. 

Biopsiya nəticəsinə görə süd vəzi xərçəngi diaqnozu təsdiqlənincə, ailənin əzablı günləri başlayır. 

Həkim şişin süd vəzinin özündə, yaxud digər orqandan qaynaqlandığını dəqiqləşdirmək üçün PET analiz təyin edir. Analizin nəticəsi olaraq yumurtalıqda və qoltuqaltında eyni hüceyrələr aşkarlanır.


Levhi Akın Hospitalda uzman həkimlərdən ibarət komandanı yığaraq, xəstənin xilası üçün müalicə planı hazırlanır.

Eda xanıma laporoskopik əməliyyat təyin olunur. Əməliyyatdan öncə pasiyent uzman həkim Duyğu Dərinin rəhbərliyi ilə kimyaterapiyaya başlayır.

Edanın ürəyi, böyrəyi, qaraciyəri kimyatepiyanın mənfi təsirindən qorunmaqla prosedurlara başlanılır. İlk kimyaterapiyanı çox çətin keçirən Eda dəhşətli dərəcədə arıqladı, kiprik və qaşları töküldü. 


Son 4 ağır dərmanlar orqanizmə çox güclü təsir etdiyindən, Eda az qala boğulmaq dərəcəsinə gəlmişdi. Xəstəliyə qalib gələ bilməyəciyini düşünən Eda ailəsinə qızını əmanət edərək, artıq ümidini üzürdü.  Həkim Edaya " qızına görə yaşamalısan, bunu bacaracaqsan” deyərək ona dəstək olurdu. 

8 seans kimyatepiyadan sonra şişin vəziyyəti yoxlanılır. Şiş getdikcə kiçilərək, demək olar ki, yox olmaq dərəcəsinə gəlmişdi.


Yalnız bundan sonra əməliyyata qərar verilir. Levhi Akının həyata keçirdiyi əməliyyat çətin və riskli idi. Əməliyyatda kütlələr tam götürülür, qoltuqaltı v' yumurtalıqlar da təmiz çıxınca həkim xəstənin xərçəngə qalib gəldiyinə əmin  olaraq, ailəyə sevindirici xəbəri verir.  

Əməliyyatdan sonra radioterapiya alan Eda özünü yaxşı hiss edirdi. Həkim gələcəkdə şişin yenidən yaranmasının qarşısını alacaq müalicə tədbirlərini də tamamlayaraq xəstəni sağlam şəkildə qızına qovuşdurur. 


İndi 6 aydan bir təqibdə olan Eda süd vəzi xərçənginə qalib gəlməyin mümkün olduğunu bütün qadınlara öz misalında çatdırır:


" Bəli, çox çətin idi. İnsan özünü çarəsiz, ümidsiz hiss edir. Amma imkansız da deyil. Xərçəngə qalib gəlmək mümkündür. Dərdi verən Allah dərmanı da verib. Yetər ki, buna inanaq”.

 

Süd vəzi xərçəngindən şübhəsi olan, bu xəstəliyə tutulmuş və uğurlu müalicə almaq istəyən hər bir xanım LİV Hospitala müraciət edə bilər.

 


Süd vəzi xərçənginə tutulan gənc qadının yaşam mübarizəsi –  Xərçəng olduğunu uşaq əmizdirərkən bildi
Süd vəzi xərçənginə tutulan gənc qadının yaşam mübarizəsi –  Xərçəng olduğunu uşaq əmizdirərkən bildi