BölmələrRU
Xidmətlər
 

Süd məhsulları sevməyənlər üçün sümükləri gücləndirən QİDALAR

Sümüklər insan orqanizmi vacib amildir. Yaş artıqca sümük əriməsi baş verir. Bu isə bir sıra problemlərə gətirib çıxarır.
 
Medicina.az xəbər verir ki, sümüklər üçün D vitamini və süd məhsullarının istifadəsi əsas şərtlərdəndir. Ancaq bunları sevməyən şəxslər üçün də alternativ sümükləri gücləndirən vitaminlər mövcuddur.

Bəs sözügedən hansı vitamin sümükləri gücləndirir?
 
Fosfor da sümük sağlamlığı üçün çox faydalıdır. Fosfor və kalsiumu birlikdə qəbul edəndə həzm sistemimizdən sovrulması daha yaxşı olur.  Aparılan tədqiqatlar üzə çıxarıb ki, bol miqdarda qəbul edilən kofein fosforun bağırsaqlardan sovrulmasını azaldır. Bu səbəbdən həddən artıq qəhvə içmək olmaz.
 
Tünd yaşıl yarpaqlı tərəvəz, paxlalı bitkilər və badam kimi çərəzlərin tərkibində bol miqdarda fosfor və kalsium var.

K vitamini sümüyün yaranmasında rol oynayır. Son illər aparılan araşdırmalara görə, K vitamini çatışmazlığı yaşayan insanlarda sümük qırılması riski çox yüksəkdir. Xüsusilə qadınların klimaks dövründən sonra sümük sağlamlığını qorumaq üçün K-2 vitaminin qoruyucu təsiri var.
 
K vitamini mənbələri: Yaşıl yarpaqlı tərəvəz, süd məhsulları, cəfəri, yaşıl çay, kivi və quru ərik K vitamini ilə zəngindir. Amma xəstəliyi olan və dərman qəbul edən şəxslər bu məsələdə həkimlə məsləhətləşməlidirlər.