Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Qrip və qoyuqdəymə əleyhinə duz sarğısı Sovet cərrahlarının məşhur resepti: müharibədə yaralı əsgərlərə tətbiq edirdilər

  • 2019.01.01 16:49
  • 19633 Baxış
 - Qrip və qoyuqdəymə əleyhinə duz sarğısı  Sovet cərrahlarının məşhur resepti: müharibədə yaralı əsgərlərə tətbiq edirdilər

 

Xörək düzundan istifadənin zərərli olduğunu hamı bilir. Bu zaman orqanizmdə maye toplanaraq sağlamlığa ciddi zərər verir. Amma xörək duzunu müalicə məqsədilə istifadə etmək çox faydalıdır. 


Duz məhlulu bir çox məqsədlər üçün, o cümlədən də soyuqdəymə zamanı burun və udlaqda olan iltihabı aradan qaldırmaq üçün tətbiq edilir. 


Medicina.az sizə II Dünya müharibəsi zamanı yaralı əsgərlərə tətbiq olunan duz müalicəsini təqdim edir.


1) 1 hissə duz və 10 hissə sudan ibarət duz məhlulu hazırlayın. Əgər sizdə soyuqdəymə və baş ağrısı varsa, o zaman dəsmalı duz məhlulunda isladaraq alnınıza və ənsənizə qoyun. Yaxşı olardı ki, duz kompresini səhərədək saxlayasınız. 


2) 1 l qaynar suyda 3 x/q xörək duzunu həll edin. 8 qatdan ibarət təbii materialdan olan parçanı 1 dəqiqə ərzində duz məhlulunda saxlayın. Daha sonra çıxararaq yüngülcə sıxın. Bu dəsmalı ağrıyan nahiyənizə qoyaraq üzərindən plastrla bağlayın. Üzərindən qalın ədyal örtün. Lazım olduqda proseduru təkrar edin. 


Arzu 

Medicina.az