cəmiyyətdə intihar psixozu yaranıb – PSİXOLOQDAN HƏYƏCAN TƏBİLİSOS:

  • 2019.04.18 11:05
  • 11539 Baxış
 cəmiyyətdə intihar psixozu yaranıb – PSİXOLOQDAN HƏYƏCAN TƏBİLİ SOS:

İnsanın gördüyü, eşitdiyi və yaşadığı heç nə onun yaddaşından silinmir. Şüuraltına keçir və hansı şəkildə təzahür edəcəyi məlum deyil. İnsanlar dərdləri, xəstəlikləri, problemləri xüsusi ləzzətlə, detallarla danışmağı sevirlər.

 

Hər bir şeyin, o cümlədən fikirlərin və hisslərin də enerji olduğunu nəzərə alsaq, bu tip söhbətlər zamanı nə qədər aşağı tezlikli enerji ayrıldığını təsəvvür edə bilərik.  


Təbii ki, neqativ enerji kainatda  aşağı vibrasiyalardan yaranır və onu təkrarladıqca  identik vibrasiyalar artır və genişlənir. Nəticədə insanlar artıq bu enerjiyə o qədər alışır ki, ondan "ləzzət" almağa başlayır və pis düşüncə olmadan yaşaya bilmir. Neqativ enerjilərdən "ləzzət" almaq isə insan ruhuna əzab verməkdir, deməli, pis düşüncə və söhbətlərə meyllilər öz gizli psixoloji zəifliklərinə qida verirlər. 


Sosial şəbəkələr cəmiyyətin zəiflikləri üzərində qurulduğu üçün kədər və əzab ilə zəngin hadisələr xüsusi populyarlıq qazanır. İnsanlar düşünmədən şər maşınının alətinə çevrilirlər. Bu tip film və kadrlara baxdıqca insan şüuraltında gizlində olan  amansız hisslərini "doyurur". Amma bu hisslər dərdləri, kədəri "yedikcə" güclənir və daha çox neqativ "yemək istəyir". Neqativ enerji getdikcə böyüyür və böyüdükcə özünə yeni qurbanlar axtarır. İnsanlar ruhlarının inkişafı üzərində demək olar ki, işləmədiyi üçün (dindarlıq ruhun inkişafı demək deyil)  aşağı tezlikli vibrasiyalara asanlıqla yuvarlanırlar. Qeybət, ittiham, həsəd, şöhrətpərəstlik və sair şeylər neqativ enerji törədicisidir. 


Müasir dövrümüzdə sosial şəbəkələr şöhrətpərəstlik kimi eqoistik bir neqativ enerjini gücləndirir. Heç bir pozitiv uğuru və əməli ilə ucalmağa gücü çatmayan birisi  insanların ən həssas gizli hissləri üzərində "şöhrət" qazanır. Məsələn, körpüdə dayanıb intihara hazırlaşan birini xilas etməkdənsə, onu videoya çəkir. Əslində o, öz gizlində olan işgəncəyə meylini ortaya qoyur, onu intihar edən insanın həyəcanı və əzabı maraqlandırır.  

Kadrlar sosial şəbəkəyə yerləşdiriləndən sonra onun minlərlə işləyicisi olur. Beləliklə, həmin şəxs gizli qəddar hisslərini "doydurur", mənfi enerji müstəvisində olsa da, "şöhrətə" çatır və başqaları üzərində gizli hökmranlıq əldə edir. 


Başqa bir müşahidə. Bu günlərdə Azərbaycanda məktəbdə baş vermiş məlum intihar olayının kadrları üzərində "xalça yuma" reklamını görə bilərsiniz.  İntihar etmiş qızın atası müsahibəsində deyib ki, yas mərasiminə  gələn birini ona gizli kamera qoşaraq suallar verirmiş. Bu fakt başqaları üzərində  gizli hökmranlıq, gizli qəddarlıq hisslərinin təzahürüdür. Yəni başqalarının çəkdiyi emosional əzabdan zövq almaq cəhdi. Məlum olaydan sonra bu günə qədər ölkədə xeyli intihar hadisəsi baş verib. Məsələ burasındadır ki, hadisə ictimailəşdikcə intihar enerjisi artır, demək olar ki, bütün cəmiyyətdə (sosial şəbəkə vasitəsilə hadisə asanlıqla bütün sosial təbəqə  nümayəndələrinə çatdırılır)  müxtəlif variantlarda müzakirə olunur və ardınca zəif olan insanları çəkib aparır. 

Son günlər cəmiyyət intihar psixozu yaşayır. İntihar anı və yaralı uşağın kadrlarına minlərlə müxtəlif yaşlı insan baxır. Onların psixoloji vəziyyətinə nəzarət etmək mümkün deyil. Hətta sosial şəbəkədə məktəblilər arasında uşağın intihardan əvvəl "ağılı başdan aparan" dərman içdiyini danışıldığı deyilir. Elə isə hər şeyə maraqlı olan uşaqların həmin dərmanı dadmaq istəyini önləmək üçün çox ciddi nəzarət lazımdır. İntihar edən qız kamera qarşısında  suisid zamanı qorxudan başqa heç nə hiss etmədiyini deyir.  Yeniyetmələrin və gizli emosional əzab hisslərini sevənlərin bu emosiyaları yaşamaq üçün intihara cəhd etməyəcəyinə qarantiya vermək olmaz. Bu qəbil hadisələr cəmiyyətdə güclü neqativ enerji dalğası yaradır. Bu isə özü ilə daha çox aqressiya və insanların gizli zəif hisslərinə dayanan  yeni hadisələr törədir. Nəyə çox baxırıqsa, hansı hissləri yaşayırıqsa, nədən danışırıqsa onları həyatımıza gətiririk. Buna qarşı yalnız güclü Sevgi və İşıqla çıxmaq olar. Bu günlər cəmiyyətimizdə və dünyada xoş, sevindirici, insanların ən gözəl keyfiyyətlərinə əsaslanan hadisələr baş verir. Onları yaymaq və gücləndirmək lazımdır. Çirki çirklə yumurlar, işıq və sevgi ilə yuyurlar.


Gülnara İnanc, kvant psixoloqu
 cəmiyyətdə intihar psixozu yaranıb – PSİXOLOQDAN HƏYƏCAN TƏBİLİ SOS: