BölmələrRU
Xidmətlər
 

Sobada bişmiş soğan yeyin - Xora, yara, diabetlər üçün möcüzəvi dərman

Soğan güclü antibakterial xüsusiyyətlərə malikdir. Bəzi insanlar soğanın bişən zaman vitaminlərinin öldüyünü qeyd edirlər.
 
Medicina.az xəbər verir ki, sobada qızardılmış soğan isə daha çox faydalıdır. Soğan sobada müəyyən temperaturda bişirildikdə isə öz faydalı xassələrini itirmir.
 
Bəs faydaları nədir?
 
Çibanların da müalicəsi zamanı bişmiş soğan istifadə etmək lazımdır: isti soğanı kompres üçün problemli yerə gündə 20 dəqiqə saxlayın. Çox tezliklə çiban məhv olacaq.

Bişmiş soğan mədə-bağırsaq xoraları, yaraları xəstəliyi və uzun müddət sağalmayan yaraları müəlidə edə bilər! Bunun üçün soğanı qabığı ilə qızartmaq və onu yara yaxşılaşana qədər lazımi yerlərə qoymaq lazımdır.

Bu növ bişmiş soğanla babasilin müalicəsi də mümkündür. Soğan kompresi dezinfeksiyaedici xüsusiyyətlərə malikdir və dəri toxumalarını tez bir zamanda bərpa etməyə kömək edir.

Şəkərli diabetdən əziyyət çəkən insanlar, ya qanda şəkərin miqdarı tez-tez yüksəlib aşağı düşən insanlara bişmiş soğandan istifadə etmək çox vacibdir. 

Qızardılmış soğan köməyi ilə hipertoniya və ateroskleroz xəstəliyindən əziyyət çəkən insanların vəziyyəti yaxşılaşır.