Öskürəklə gələn bəlğəmin rəngi orqanlardakı problemlərdən xəbər verir

  • 2018.04.12 10:16
  • 54049 Baxış
Öskürəklə gələn bəlğəmin rəngi orqanlardakı problemlərdən xəbər verir
Əksər öskürəklər bəlğəmli olur. Əgər diqqət etmisinizsə bəlğəm fərqli rənglərdə olur: bəyaz, sarı, yaşıl, qırmızı, qəhvəyi, qara.


Bəs bəlğəminizin rəngi nə deməkdir?


Medicina.az xəbər verir ki, bəlğəminizin rəngi ağciyər və tənəffüs sisteminin digər orqanlarla əlaqəsi barədə bir çox məlumat verir.

Türkiyənin İstanbul Aydın universiteti Medical Park Florya xəstəxanasının qulaq-burun-boğaz mütəxəssisi Melih Çiçək, bəlğəm və rəngləri haqqında bu məlumatları verib:


Açıq rəng – Açıq rəng bəlğəm normaldır. Su, duzlar və digər maddələr mübadiləsi sistemi hüceyrələrindən  yaranır. Çox hissəsi boğazın arxasında enərək udulur.


Ağ rəng -  Bu, burun tıxanıqlığı siqnalları verir. Burun boşluğunda problem olduqda şişkinlik baş verir və iltihablanır. Bu da bəlğəmin tənəffüs yolundan keçişini yavaşladır. Belə olduqda bəlğəm qalın, ağ rəngə çalır.


Sarı rəng – immunitet hüceyrələrinin infeksiya nahiyyəsində çalışdığını göstərir. Bəyaz qan hüceyrələri, mikroblarla savaşan maddələr mübadiləsinin hüceyrələridir. İnfeksiya ilə savaşan hüceyrələr bəlğəmə sarı rəng qatırlar.


Yaşıl rəng – Vücudda tənəffüs sisteminin bakteriyalarla iltihablanması səbəbi ilə yaranan bəlğəm yaşıl rəngdə ola bilər. Sətəlcəm olan xəstələrdə adətən bəlğəm yaşıl rəngə çalır. Astma xəstəliyindən əziyyət çəkənlərdə də bu müşahidə oluna bilər.