Skolioz bütün orqanizmi zədələyir – Zamanla dərinləşən problemin bioloji həlli

  • 2018.05.02 17:48
  • 28675 Baxış
Skolioz bütün orqanizmi zədələyir –  Zamanla dərinləşən problemin bioloji həlli

Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Adətən, erkən uşaq yaşlarında başlayır, yaş artdıqca, daha çox məktəb dövründə kəskinləşir. 


Vaxtında müalicə olunmazsa, fəqərələrarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm orqanlarının pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan gec xəbər tutur, önəm vermir, vaxtında tibbi müdaxilə olunmur. 


Məktəb dövründə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir:

-Onurğada yana əyilmə

-Qabırğa qövslərində qeyri-bərabərlik

-Çanaqda əyrilik

-Basin bədənə nisbətdə əyri dayanması


Rentgen çəkimində skoliozun 4 dərəcəsi ayırd edilir:


I dərəcə - 0-10 dərəcə əyilmə

II dərəcə - 11-30 dərəcə əyilmə

III dərəcə - 31-60 dərəcə əyilmə

IV dərəcə - 61 dərəcə və yuxarı əyilmə


Yeniyetməlik idiopatik skoliozda onurğanın deformasiyası uzun müddət stabil qalır. Amma sonradan xəstəlik tez proqressivləşir. 

Ona görə skolioza şübhə olan uşaqlar müntəzəm rentgen müayinəsindən keçirilməli, həkim nəzarətində olmalıdırlar. 


Skolizoun başlanğıc dövrü hətta ana bətnindən başlaya bilir. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması ( köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuş, dölün ləngiməsi), əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləmədən yeriməsi skoliozun risk faktorlarıdır. 

Bir çox valideynlər zamanla düzələcək, uşaq belini düz tutsa keçib gedər deyə problemi ciddiyə almır. Skolioz təkcə zahirən pis görünməklə yanaşı, daxildən də fəsadlara səbəb olur:


-Protruziya, disk yırtıqları

-Aritmiyalar

-Ağ ciyər problemləri

-Süd vəzi ölçülərində fərq

-Mədə-bağırsaq problemləri

-Təngnəfəslik

-Cinsi pozulmalar, ağrılı menstruasiya

-Baş ağrıları, əzələ ağrıları, yorğunluq, əzginlik və s


Skoliozun müalicəsində əvvəlki, illər öncəsi metodlar aktuallığını itirib. Biotənzimləyici təbabət skoliozlu xəstəyə vahid orqanizm kimi yanaşır. Burada təkcə zahirən düzəliş yox, daxili orqanların da işinin zamanla bərpasından söhbət gedir. 


Hətta yenidoğulmuşlarda da skoliozun profilaktikası aparılır.


Bioloji təbabətdə skolioz osteopatiya, homeosiniatriya, akupunktura, müasir fizioterapiya texnologiyalarından istifadə olunur. 

Xüsusi biotənzimləyici preparatlarla toxumaların funksiyası bərpa olunur.  Hell preparatları sümükdaxili gərginlik zonalarının aradan qaldırılması yolu ilə regenerasiyasını təmin edir.


Homeosiniatriya bioloji aktiv nöqtələrə bioloji preparatların yedirilməsidir. 

Skoliozun müalicəsinə erkən başlamaq lazımdır. Övladınız dünyaya gələndən sonra ona osteopat baxışı olmalıdır. Çünki profilaktika müalicədən daha asan, tez və ucuz başa gəlir.


Əgər özünüzdə və övladınızda skolioz varsa, onun bioloiji təbabət metodları ilə müalicəsinə başlaya bilərsiz.



Elfanə Süleymanova

Terapevt-osteopat


Bizimlə əlaqə:

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

 


Skolioz bütün orqanizmi zədələyir –  Zamanla dərinləşən problemin bioloji həlli
Skolioz bütün orqanizmi zədələyir –  Zamanla dərinləşən problemin bioloji həlli
Skolioz bütün orqanizmi zədələyir –  Zamanla dərinləşən problemin bioloji həlli
Skolioz bütün orqanizmi zədələyir –  Zamanla dərinləşən problemin bioloji həlli