Sklerozun qarşısını alır, şişləri əridir - Möcüzəvi duzun faydaları

  • 2018.07.03 10:16
  • 11153 Baxış
Sklerozun qarşısını alır, şişləri əridir -  Möcüzəvi duzun faydaları
İnsan orqanizminə faydalı bir neçə duz növü mövcuddur.

 

Bəs sağlamlığa yararlı duzlar hansılardır?

 

Kalsium duzu - Qan yaratmaq, maddələr mübadiləsini yaxşılaşdırmaq,mikrobların damarlara daxil olaraq,qanı çirkləndirməsinin qarşısını almaq,sümüklərin(skletin və dişlərin) normal inkişafını təmin edir.


Kalsium duzunu orqanizmə cəlb etməyin əsas  mənbələri -  meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxud, mərci, soya, paxlalı bitkilər, lobya, kök, turp, ərik, alma,albalı, çiyələk, kələm, kartof, qara qarağat, yumurta, xiyar, cücərmiş buğda, portağal, ananas, şaftalı, turp, kök və çuğundurun yaşıl hissələri, üzüm, yulaf yarması, soğan, badam, çuğundur, böyürtkən, qatıq məhsullarıdır.


Kalium duzu -  Bədəndəki bütün əzələlərin normal funksiyasını təmin edir. Orqanizmdən suyun ifraz olunmasına yardımçı olur, sklerozun qarşısını alır. Kalium duzunun insana göstərdiyi böyük xidmətlərdən biri də budur ki, natrium duzunun yaranmasna səbəb olur, bununla da tuluqvari şişlərin çəkilməsini təmin edir.  


Kalium duzunu orqanizmə cəlb etməyin əsas  mənbələri isə xiyar, kartof, kök, soğan, cəfəri, ispanaq, sarımsaq, qara qarağat, mərci, noxud, kələm, turp, pomidor, ərik qurusu, kişmiş, qara gavalı, paxlalı bitkilər, çovdar çörəyi, yulaf yarmasıdır.   


Dəmir duzu -  Qan yaratmaq üçün lazımdır, oksigeni ağ ciyərdən alıb, bütün orqanların toxumalarına (o cümlədən, beyinin) paylayır. Hemoqlabinin tərkibinə daxildir. Məlumat üçün deyək ki, qırmızı qan kürəcikləri altı həftə ərzində damarda qanla bərabər hərəkət etdikdən sonra, bir neçə tərkib hissəyə bölünür. Onda olan dəmir isə qara ciyərə və dalağa daxil olub.