Bədəninizdəki bütün ağrılardan qurtulacağınız tək ünvan - AĞRI MƏRKƏZİNDƏ BU XƏSTƏLİKLƏRDƏN XİLAS OLUN

  • 2019.02.23 18:20
  • 25098 Baxış
Bədəninizdəki bütün ağrılardan qurtulacağınız tək ünvan -  AĞRI MƏRKƏZİNDƏ BU XƏSTƏLİKLƏRDƏN XİLAS OLUN
Dünyada insanların xroniki ağrılardan xilası üçün alqologiya elmi icad olunub.


Alqologiya tibbin yeni bir qoludur, burda xəstənin ağrılarının səbəbi, qaynağı, patofiziologiyası öyrənilir, diaqnostikanın keyfiyyəti yaxşılaşdırılır, tamam fərqli müayinə metodlarından istifadə olunur, ağrının ləğvi üçün təkmilləşmiş selektiv metodlar tətbiq edilir. 

Azərbaycanda bir çox xəstələr əvvəl vərdiş etdikləri kimi ağrı olduqda nevroloqa müraciət edir. Nevroloq isə sadəcə müayinə edərək ağrıkəcisi və iltihab əleyhinə dərman vasitələri təyin edir. 


Amma elə xəstələr var ki, sinir, oynaq, əzələ, onurğa sistemi ağrıları onda artıq xronikləşib, ya baş beyin, ya da onurğa beyində bir ağrı ocağı yaranıb və nə etsə də o ağrı ocağından gələn ağrı siqnallarının qarşısını ala bilmir. Məhz belə hallarda alqoloqlar köməyə çatır

.

Bəs Azərbaycanda alqoloqlar varmı? 


Sevindirici haldır ki, artıq bizdə də az da olsa alqoloqlar fəaliyyət göstərməyə başlayıb.


Onlardan biri və birincisi, Bakıda ilk Ağrı Mərkəzini yaratmış həkim Zülfüqar Yusifovdur. Qeyd edək ki, bu mərkəz Ankara klinikasının nəzdindədir. 


Medicina.az –a açıqlama verən ağrı üzrə invaziv mütəxəssis bu mərkəzdə müalicə olunan xəstəlik və ağrıları sadalayıb:



- Əzələ-sümük sistemində ağrılar

- Onurğa və fəqərələr arası yırtıq ağrıları

- Boyun, bel, döş qəfəsində olan müxtəlif ağrılar

- Müxtəlif oynaq ağrıları – diz, bud, çiyin

- Miqren və baş ağrıları

 -Üçlü sinir ağrıları,  ənsə nevralgiyaları 

- Damar- arterial və venoz sistem çatışmazlığından qaynaqlanan ağrılar


 Ümumiyyətlə, ağrı və müalicəsi multidisiplinar bir sahədir. Diaqnostikada bəzən bir neçə mütəxəssisin rəyi lazımdır. Ağrı çox mürəkkəb prosesdir. Bununla mübarizə aparan həkim ordusu çoxdur. Bir sıra hallarda ağrılar o qədər çətin olur ki, dərmana, idmana, masaja tabe olmur. Belə anlarda bizim metodlar lazım olur. 

 



Ağrılar niyə yaranır?


 Ağrıların böyük qismi sinir vasitəsilə daşınır. Bunlar da 2 qrupa bölünür: neyropatik, somatik. 


Adi somatik ağrıda bir toxunma nəticəsində dəri səthindəki ağrı reseptorları qıcıqlanır, sinirlərlə onurğa beyninə göndərilir, burdan da mərkəzə, beyinə, beyin qabığına gedir. Ağrının daşınma mexanizmi: sinirlər boyu ağrının qəbul olunmasını asanlaşdıran maddələrin –neyrotransmittetlərin ifrazının artması ilə şərtlənir. Onlar ağrını beyinə daha tez və qabarıq çatdırır.

 

İkinci bir maddə – neyrotransmitterlər vardır ki, onlar tormozlayıcıdır, yəni ağrıya qarşıdır. Bunlar olmasaydı, biz hər hansı səthə toxunduqda ağrıya qarşı dözümsüz olardıq. Normal şərtlər daxilində sinir boyu ağrını daşıyan maddələrin axını başladıqda, eyni zamanda mərkəzdən periferiyaya doğru ağrını tormozlayan maddələrin də axını başlayır. Ona görə, biz çox ağrıları hiss etmirik və ya dözə bilirik. 

Ağrı nə vaxt niyə baş verir? O zaman ki, ağrıdaşıyıcı maddələrin gücü  tormozlayıcılardan daha çox olur. Beyin bütün qıcıqları ağrı və şiddətli ağrı şəklində qəbul edir.


Ağrıların 2 növü var: kəskin və xroniki. Kəskin - travma nəticəsində meydana çıxan ağrılardır. Daxili orqanların problemindən də kəskin ağrılar olur.

Bəzən dərmanlar, fizioterapiya, balnio terapiya, müxtəlif aparatlar və s. kömək etmir. Bu zaman Ağrı Mərkəzində daha müasir, spesifik metodlardan  - məsələn, radiofrekansdan istifadə olunur. 


Başqa metodlar artıq kömək etmədikdə, biz birbaşa flüroskop altında, xüsusi elektrodlarla həmin nahiyəyə daxil oluruq. Bəzi dərman maddələri yeridirik, bu da, ödemi, iltihabı götürür, ağrını azaldır.


İkincisi- radiodalğalar göndəririk. Onlar sinir ətrafında xüsusi elektromaqnit sahəsi yaradıb, tormozlayıcı maddələrin axınını artırır, ağrı daşıyan maddələrin sürəti yavaşıyır, beləliklə mərkəzə, beyinə impulsar zəif çatır və xəstə dəhşətli ağrı hiss etmir.

Radiofrekansla birbaşa ablasiya etmək olur. Sinir uclarını tamamən ləğv edirik. 


 Əgər sizin də hər hansı xroniki, illərlə müalicəyə tabe olmayan ağrılarınız varsa, onları birdəfəlik bloke dib, aradan qaldırmaq üçün alqologiyanın müasir metodlarına üz tutma vaxtıdır.


Avropa, Amerika metodikası ilə ağrılardan ağrıkəsici dərmanlarsız xilas olmaq mümkündür.


Ağrı Mərkəzi ilə əlaqə:

050 346 47 72 

 

Bədəninizdəki bütün ağrılardan qurtulacağınız tək ünvan -  AĞRI MƏRKƏZİNDƏ BU XƏSTƏLİKLƏRDƏN XİLAS OLUN
Bədəninizdəki bütün ağrılardan qurtulacağınız tək ünvan -  AĞRI MƏRKƏZİNDƏ BU XƏSTƏLİKLƏRDƏN XİLAS OLUN
Bədəninizdəki bütün ağrılardan qurtulacağınız tək ünvan -  AĞRI MƏRKƏZİNDƏ BU XƏSTƏLİKLƏRDƏN XİLAS OLUN