Sızanaqdan yaranmış böyük şişləri aparmaq üçün – 20 QƏPİKLİK ÜSUL

  • 2018.03.16 14:38
  • 33062 Baxış
Sızanaqdan yaranmış böyük şişləri aparmaq üçün –  20 QƏPİKLİK ÜSUL
Bəzən dəridə müəyyən şişliklər, sızanaqlar yaranır ki, bu, xüsusilə qadınları narahat edir. Çünki estetik baxımından sızanaqlar heç də xoş görünmür.


Medicina.az zərbə nəticəsində yaranan şişliklərin, sızanaqların daha tez sağalması üçün təbii üsulları təqdim edir:


Limon suyu – Alında sızanaq səbəbi ilə yaranan şişliklərə qarşı çox faydalıdır. 


Tərkibindəki sitrik asid, dərini yeniləyərək ləkələrin görüntüsünü  zəiflədir.


Qeyd edək ki, nisbətən dərini quruda biləcəyi üçün quru dəriyə sahib olanların çox istifadə etməyi məsləhət deyil.


Necə tətbiq edilməlidir?


Yatmazdan öncə alnınıza bir miqdar limon suyu çəkin. Səhərlər oyandığınız zaman üzünüzü yuyun. Bunu hər gün təkrarlayın.

Alternativ olaraq 1 desert qaşığı toz darçın ilə 1 xörək qaşığı limon suyunu qarışdırın. Alnınızdakı kiçik şişliklərə tətbiq edin. 15 dəqiqə gözləyin sonra ilıq su ilə durulayın. Gündə bir dəfə bunu tətbiq etsəniz kifayətdir.


Xüsusi QEYD: Limon suyundan sonra günəş şüalarına məruz qalmaqdan qorunun.


Alma sirkəsi – dərinizdəki sızanaqları bakteriya və yağdan uzaq tutaraq antibakterial təsir göstərir.


Bunun üçün alma sirkəsini su ilə qarışdırılaraq istifadə edilməsi lazımdır.


Su ilə qarışdırılmış alma sirkəsini bir pambıq köməkliyi ilə üzünüzə çəkin və təxminən 10 dəqiqə dəridə gözlətdikdən sonra ilıq su ilə durulayın.


Son olaraq dərinizi qurudun və dərinizə yağsız bir nəmləndirici çəkin.


Bunu gündə bir neçə dəfə tətbiq edin.

 

Şəhanə Quliyeva