Siqaret tüstüsü uşaqlarda eşitməni korlayır- Körpə uşağın yanında siqaret çəkənlərə

  • 2018.06.09 18:24
  • 11356 Baxış
Siqaret tüstüsü uşaqlarda eşitməni korlayır-  Körpə uşağın yanında siqaret çəkənlərə

Ana bətnində olarkən ana-atanın siqaret çəkməsi və doğulandan sonra körpələrin siqaret tüstüsünə məruz qalması onların eşitmə sisteminə mənfi təsir edir.

Medicina.az xəbər verir ki, bu nəticəyə Yaponiya araşdırmaçıları gəlib. 50300 nəfər uşağın məlumatlarını analiz edən qrup anası hamiləlikdə siqaret çəkən uşaqların 15%-də, doğulandan sonra siqaret tüstüsünə məruz qalan 3 yaşa kimi uşaqların 5 %-də eşitmə aparatının zəifləməsini aşkar ediblər. 

Xüsusən 3-4 aylıq körpələrin siqaret tüstüsünə yaxın olması onların zəif eşitməsi riskini 30% artırır. 

Mütəxəssislər hamilə qadınlara siqaretdən imtina etməyi və doğulandan sonra uşaqları siqaret tüstüsündən tam uzaq tutmağı məsləhət görür.