- Dövlət xəstəxanasında isə bint davasıSınıq qolu gipsə qoymaq 400 manat!

  • 2017.10.23 17:16
  • 40288 Baxış
 - Dövlət xəstəxanasında isə bint davası Sınıq qolu gipsə qoymaq 400 manat!
Bakı sakini Ruslan İsmayılov:


"Dünən gecə uşaq çarpayıdan yıxılanda qolu əzildi. Gecə ilə Sabunçu xəstəxanasına aparıb, sınıq-çıxıq olub-olmadığını öyrənmək istədik. Sabunçu xəstəxanasında növbətçi həkim pis deyildi, baxan kimi dedi sınıq var. Biz əvvəl inanmadıq, çünki uşaq ağrıdan ağlamırdı. Rentgendən sonra məlum oldu ki, həqiqətən sınıq var. Bu xəstəxanada gips qoydurmağa tələsmədik, ona görə özəl Medi Club-a zəng etdik. Orda gips qoyulması üçün 250 manat qiymət dedilər, üstəlik gecə ilə həkim çağırdıqlarına görə əlavə 150 manat da ödənməli idi. Adi gipsə görə qoyulan qiymətlərdən şoka düşüb, Suraxanıda olan həkimə gips qoydurmaq qərarına gəldik. Burada qiymətlər "demokratik” idi: 10 manat rentgen, 30 manat həkim, 10 manat gips, 10 manat tibb bacıları. Həkim gipsi qoyduqdan sonra sabahı yenə gəlməli olduğumuzu bildirdi. Səhəri yenə getdik, bu dəfə başqa 2 tibb bacısı idi. Onlar gipsi çıxarıb, məndən "bint almamısız” soruşdular. Mən əsəbi və ironik gülüşlə "Almalıydım? Xəstəxanada yoxdur?” dedim.  Tibb bacısı "gələn dəfə gətirərsiz” deyəndə özümü saxlaya bilmədim.  Həkim yenidən qolu sarıdı, biz uşağı götürüb çıxanda tibb bacıları qapının qarşısındaca bizi tutub "Bəs bizim hörmət” deyib gözlərini döydülər. Burda artıq dözmədim, mübahisə edib cavablarını verməli oldum. 


Bu özbaşınalığa nə vaxt son qoyulacaq? Məgər bu tibb bacıları işə gələndə bilmir ki, hara gəlir? Bu onların vəzifəsi deyil? Axı xəstə nə qədər pul paylamalıdır? Hələ bint də almalıyam? Bu xəstəxanalara adi tibbi materiallar da verilmir?”