“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir – Qadınlara XƏBƏRDARLIQ

  • 2019.01.18 19:15
  • 57307 Baxış
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –  Qadınlara XƏBƏRDARLIQ
Avropada bir xeyli sayda qadında dırnaqaltı melanoma – xərçəng növü aşkarlandıqdan sonra, şellak manikürünün bu xəstəliyi əmələ gətirməsi araşdırılıb. Bu qadınların hamısı illərdir şellak etdirməyə həvəsli olmuşlar.


Medicina.az xəbər verir, həkim Lindsey Şippin araşdırması göstərib ki, dəriyə müntəzəm olaraq ultrabənövşəyi şüaların təsiyi dərinin bədxassəli törəməsi olan melanomanı aktivləşdirir. Məlumdur ki, şellak yalnız bu şüalar altında quruyur.


Şellakdan qaynaqlanaraq əmələ gələn xərçəng zamanı bu əlamətlər olur:


-dırnağın altında tünd bir xəttin yaranması- sanki dırnağı 2 hissəyə ayırır. Daha sonra xəttin yerində tünd ləkə formalaşır.

-Getdikcə bu ləkənin sahəsi artır, həkimlər onu göbələklə səhv salıb, göbələk dərmanları yazır.

-Sonradan həmin hissədə xora və çatlar əmələ gəlir və şiş böyüyür

-Ən gec halda melanoma diaqnozu qoyulur.


Ona görə tez-tez şellakdan istifadə edən qadınlara bu metoddan uzaq durmaları və belə bir xətt, ləkə gördükdə, onkoloqa müraciət etmələri tövsiyyə olunur.

 

“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –  Qadınlara XƏBƏRDARLIQ