BölmələrRU
Xidmətlər
 

Şəkərli diabetlə mübarizə sahəsində növbəti layihə həyata keçiriləcək

2017-ci ildə olduğu kimi 2018-ci ildə də "Azerbaijan Changing DiabetesTM Awards 2018” layihəsini həyata keçirir. Layihə çərçivəsində  tədbir  14 noyabr,  Dünya Diabet günü Bulvar otelində keçiriləcək. 

Medicina.az xəbər verir ki, layihənin əsas məqsədi ictimaiyyətin diqqətinin şəkərli diabet probleminə yönəldilməsi və diabetlə mabarizə aparmaq üçün əhalini maarifləndirərək sağlam həyat tərzi aparmağa sövq etməkdir. Bu tədbirin bir ənənə olaraq hər il keçirilməsi nəzərdə tutulub.

Layihənin icrası zamanı görüləcək işləri müzakirə etmək məqsədilə "Azerbaijan Changing DiabetesTM Awards 2018”nın müşavirə şurasının toplantısı keçirilib. Ekspertlərdən ibarət şura üzvləri arasında keçirilən toplantıda layihə çərçivəsində həyata keçiriləcək tədbirlər, şəkərli diabetlə  mübarizə istiqamətində görülən işlər, eləcə də mövcud vəziyyət müzakirə edilib. Toplantıda ötən il keçirilən "Azerbaijan Changing DiabetesTM Awards 2017 layihəsinə xarici ölkələrdən də böyük marağın olduğu vurğulanıb. Novo Nordisk  şirkətinin Azərbaycan üzrə rəhbəri Araş Nosrati Heravi bu səbəbdən də layihənin açılışı mərasiminə İtalya, Rusiya, Turkiyə, Danimarka, Gürcüstan, Özbəkistan, Qırğızıstan və s. ölkələrdən qonaqların  qatılacağını bildirib. 

Həmçinin tədbir zamanı diabetli uşaqlar arasında bacarıq müsabiqəsinin nəticələri də elan olunacaq. 

Bu Layihənin sponsoru olan "Novo Nordisk” şirkəti şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixə malik şirkətdir. "Novo Nordisk” şirkəti dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə şəkərli diabetə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk” yüksək keyfiyyətli dərmanların istehsalında ən qabaqcıl şirkət olmaqla yanaşı, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da öz töhfəsini verir.