Şəkərli diabet xəstələrində trofik xoranın əməliyyatsız tam müalicəsi - VİDEO

  • 2018.07.16 16:18
  • 22914 Baxış
Şəkərli diabet xəstələrində trofik xoranın əməliyyatsız tam müalicəsi  -  VİDEO
Son zamanlar illərdir şəkərli diabet, ateroskleroz, trofik xora xəstəliyindən əziyyət çəkən insanların artıq 65-70 yaşında aşağı ətraflarda başlayan qanqrena səbəbindən ayaqlarının amputasiya oluması faktları artıb. Xəstənin yaxınları üçün böyük şok və stress olan bu hal əslində illərdir dərinləşən problemin son nəticəsidir. Heç kim ayağını itirmək istəmir, heç kim əlil olmaq istəmir.

 

Amma təəssüf ki, çox həkimlər xəstəni müalicə etmək əvəzinə, qısa yolu təklif edir: amputasiya et, qanqrena dayansın. Amputasiyadan sonra isə xəstənin necə yaşaması, ümumiyyətlə yaşayacağı heç kimi maraqlandırmır. 


Medicina.az xəbər verir ki, Azərbaycanda diabetik pəncə, qanqrenalı ayaqlar və trofik yaralar üzrə fəaliyyət göstərən klinikalardan biri də Bioloji Təbabət klinikasıdır. Burda yara şöbəsinin əsas həkimi terapevt Arzu Musayeva 20 ildən çoxdur ki, trofik xora, yara və diabetik ayaqların müalicəsi ilə məşğul olur.

 

Artıq bu mərkəz ölkə xaricində də tanınır, əcnəbi pasiyentləri qəbul edir.