BölmələrRU
Xidmətlər
 

Şəkər xəstəliyinə aid sərgi keçiriləcək

Noyabrın 2-də İçərişəhərdəki "Art Tower” qalereyasında türkiyəli tanınmış heykəltəraş Sevincinin "Şəkərsiz” adlı sərgisi açılacaq.
 
Medicina.az xəbər verir ki, şirniyyat nümunələrinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə keçiriləcək.

Bu barədə "Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib: "Sərgidə türkiyəli heykəltəraşın 10-dan artıq sənət əsəri nümayiş etdiriləcək. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır. Hamının qatıla biləcəyi sərgi noyabrın 12-dək ziyarətçilər üçün açıq olacaq”.