BölmələrRU
Xidmətlər
 

Səhiyyədə inqilab - Robot tibb bacısı və həkimlərin işini görəcək

Xəstəxanalarda həkim və tibb bacılarının bəzi işlərini robotlar və süni intellektlə işləyən sistemlər həyata keçirəcək.
 
Medicina.az xəbər verir ki, İngiltərədə səhiyyə işçiləri yeniliyə imza atıblar.

Məlumatda tibb bacılarının gördüyü işlərin üçdə birini, həkimlərin işlərinin isə dörddə birini, xəstələrə qulluğu robotların həyata keçirə biləcəyi bildirilib.

Həmçinin süni intellektlə çalışan sistemlər isə alqoritmlərdən istifadə edərək döş və dəri xərçəngi, göz xəstəlikləri və ürək problemləri də daxil olmaqla bir çox xəstəliyi müəyyən edə biləcək.